16 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”

Digər idman növləri

"Tour d'Azerbaidjan-2017"nin təqdimat çarxı hazırlanıb

Mayın 3-7-də keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2017" veloturunun təqdimat çarxı hazırlanıb. Futbolxeber.az-ın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu "Eurosport" kanalı vasitəsilə yayımlanacaq - telekanal veloturu gündəlik icmallar şəklində tamaşaçılara təqdim edəcək. 
 
Hazırlanmış videoçarx da bu həftədən etibarən tur davam edən günlər də daxil olmaqla "Eurosport" kanalında efirə veriləcək.
 
"Tour d'Azerbaidjan-2017"nin proqramını bir daha diqqətinizə çatdırırıq:
 
 
1-ci mərhələ - 03.05.2017
 
Bakı - Sumqayıt (150 km)
 
2-ci mərhələ - 04.05.2017
 
Bakı - İsmayıllı (187 km)
 
3-cü mərhələ - 05.05.2017
 
Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)
 
4-cü mərhələ - 06.05.2017
 
Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)
 
5-ci mərhələ - 07.05.2017
 
Bakı - Abşeron - Bakı (158 km)
 
Artıq 6-sı Pro-kontinental, 17-si isə Kontinental olmaqla 23 kollektivin "Tour d'Azerbaidjan-2017"də iştirak edəcəyi təsdiqlənib. Qeyd edək ki, son 2 ildə yarışın komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku" kontinental klubu olub.
 
 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28