Digər idman növləri
Zaur Axundov: “Bizi öz silahımızla vurmaq istəyirdilər”
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- İlk dəfə futzal üzrə dünya çempionatının final mərhələsində iştirak edən millimiz 1/8 finala yüksəlib. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Fürsətdən istifadə edib futbol ictimaiyyətini millimizin uğurlu çıxışı və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Çətin oldu, amma qarşıya qoyulan ilkin vəzifənin öhdəsindən gəldik. İlk iki oyundan sonra mübarizəni davam etdirəcəyimizi 99 faiz təmin etmişdik. Ancaq ikinci pilləni tutmaq şansımız da real idi. İran millisi də növbəti mərhələdə güclü rəqiblə qarşılaşmamaq üçün var gücü ilə oynadı. Elə vəziyyət yaranmışdı ki, ikinci pilləni tutmaq üçün bizi heç-heçə də qane edirdi. Sona qədər mübarizə apardıq, futzal tariximizdə ilk dəfə iştirak etdiyimiz dünya çempionatında mərhələ adladıq.
- Milli komandanın qrup mərhələsi çərçivəsində keçirdiyi oyunları necə xarakterizə edərdiniz?
- Bir həftə ərzində komandamız 3 oyun keçirdi. Təbii ki, hər üçündə eyni oyunu nümayiş etdirmək, sadəcə, mümkün deyil. İstər futbolda, istərsə də futzalda oyunun alınmasından çox şey asılıdır. Mərakeşlə oyunumuzun xüsusilə də birinci 10 dəqiqəsi çox çətin, ağır keçdi. Tədricən uşaqlar toparlandılar və oyunlarını nümayiş etdirməyə başladılar. İspaniyaya qarşı isə komanda yaxşı oynadı. Məğlub olmağımıza baxmayaraq, lazımi qədər mübarizə apara bildik. İranla oyuna gəldikdə, futzalçılara tapşırdım ki, arxayınlaşmaq olmaz. Birgə izlədiyimiz İran - Mərakeş oyununda birincilərin gücünü qoruduqlarının şahidi olmuşduq. Üstəlik, taktiki baxımdan bizi yaxşı analiz etmişdilər. Bir sözlə, bizi öz silahımızla vurmaq istəyirdilər. Buna hardasa birinci hissədə nail oldular, oyun planında onlara uduzurduq. Fasilədən sonra futzalçılarımız anladı ki, bir top fərqi ilə uduzmaq bizi nə qədər geri salacaq. Toparlandıq və ikinci hissədə layiqli mübarizə apardıq. Tarixdə nəticə qalır. Biz də dünya çempionatımızdakı çıxışımızı tarixin yaddaşına həkk etdirdik.
- İspaniya yığması ilə oyunun birinci hissəsində millimizin rəqibə yaşatdığı sürprizi İran millisi də komandamıza yaşatmağa çalışdı demək olarmı?
- Demək olar, üst-üstə düşdü. İran bizim zəif tərəflərimizi yaxşı analiz etmişdi. Müdafiə xəttimizi yarırdılar, bu da çaşqınlıq yaradırdı. Açığı, bunu gözləmirdik. Fasiləyə 1:1 hesabı ilə yollansaq da, oyun planında rəqibə uduzduq. Fasilə zamanı həm məşqçilər, həm də mən paltardəyişmə otağında oyunçuları “ayıltmağa” çalışdıq. İran nə İspaniya, nə də Braziliyadır, onlara qarşı oyunda uduzmamalıydıq. Meydana çıxanda da heç vaxt heç-heçə üçün oynamağı qarşıya tapşırıq kimi qoymamışıq.
- Necə düşünürsünüz, yeni məşqçi heyətinin qurduğu komanda siz gözlədiyiniz kimi oynayır?
- Komanda cəmi 2 aydır bir yerdədir. Oyun zamanı futzalçılar arasında anlaşılmazlıq olur, bəzən bir-birlərini yaxşı başa düşmürlər. Narahat olduğumuz məqamdır. Bu problemin aradan qalxması üçün zamana ehtiyacımız var. Oyun təcrübəsi çoxaldıqca, bu problem həllini tapacaq. Bu gün qələbə istəyi öz sözünü dedi.
- Növbəti rəqib Tayland yığması olacaq. Ümumiyyətlə, millimiz üçün elə qrafik yaranıb ki, hətta yarımfinala da yüksəlmək mümkündür...
- Zamanı qabaqlamayaq. İlk rəqibimiz Tayland millisidir. Onların heyəti 40 dəqiqə dayanmadan qaçan gənclərdən qurulub. Əksər oyunçuları gənclərdir. Təbii ki, bizə qarşı ciddi hazırlaşacaqlar. Eyni zamanda, biz də boş dayanmayacağıq. Məqsədimiz yaxşı çıxış etməkdir.
- Maraqlıdır, 2010-cu ildə Avropa çempionatının final mərhələsində debüt edən millimiz bürünc medal qazanmağa yaxın oldu. Budəfəki siftənin də o cür uğurlu alınacağına inanırsınızmı?
- AFFA rəhbərliyinin, eləcə də federasiya rəhbəri kimi mənim komanda qarşısında qoyduğum vəzifə tam yerinə yetirildi. Artıq 1/8 finaldayıq və bu böyük uğurdur. Təbii ki, növbəti addımı da atmağın zamanıdır. Bu uşaqların oyuna hazırlığından, meydandakı çıxışından asılı olacaq.
- Millinin əksər üzvü həm də “Araz” klubunun formasını geyinir. Oktyabrda UEFA kubokunun əsas mərhələsində çıxış edəcək təmsilçimiz üçün dünya çempionatının xeyirli olacağını düşünmək olarmı?
- İşimizi həm asanlaşdırır, həm də çətinləşdirir. Güclü rəqiblərə qarşı oynayan futzalçılarımız oyun təcrübəsi qazanır, özünəinamı artır. Digər tərəfdən sıx qrafiklə oynayan oyunçularda yorğunluq müşahidə olunacaq və bu, Makedoniyada keçiriləcək əsas mərhələnin oyunlarında özünü büruzə verəcək. Amma milli naminə hər şeyi etməyə hazırıq. Milli komanda “Araz”dan daha vacibdir. Futzalçılarımız ölkəmizin adını layiqincə təmsil etmək, bayrağımızı sonuncu oyunda dalğalandırmağa nail olmaq üçün əllərindən gələni edəcəklər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























