Digər idman növləri
Zeynəb Məmmədyarova: “Ehtiyatlı oynasam da, qələbə qazandım”
42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü günündə qadınlardan ibarət əsas yığmamızın üzvü Zeynəb Məmmədyarova Rumıniya ilə görüşdə birinci lövhədə Korina-İzabela Peptanı məğlub edib. Olimpiadada ardıcıl ikinci, ümumilikdə üçüncü qələbəsini qazanan Zeynəb Məmmədyarovanın iştirakı ilə mətbuat konfransı keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, xanım şahmatçımız əvvəlcə qələbəsini şərh edib: “Dünən və bu gün qarşılaşdığım rəqiblərim çox yüksək səviyyəli şahmatçılar idi. Həm Polşa, həm də Rumıniya güclü komandadır. Kapitanımız mənə ehtiyatlı, mümkün qədər risksiz oynamağı tapşırmışdı. Hər iki komanda ilə görüşlərdə heç-heçə bizi qane edirdi. Ehtiyatlı oynasam da, qələbə qazandım. Çox şadam ki, bu qələbə yığmamız üçün mühüm əhəmiyyət kəsb edir. Komanda üçün yarım xal da vacindir. Meksika ilə görüşdə rəqibim reytinqdə məndən zəif idi. Oyun heç-heçəyə doğru getsə də, risk etdim və uduzum. Həmin yarım xal sonda özünü göstərəcək”.
Xanım qrossmeysterimiz atası Həmid Məmmədyarovun qazandığı uğurlarda böyük rol oynadığını bildirib: “Əksər yarışlarda atam bizimlə olur. Olimpiadada da öz dəstəyini bizdən əsirgəmir. Hər gün oyundan qabaq öz tapşırıqlarını verir. Onun varlığı bizə uğur gətirir”.
Məmmədyarova son 1 ildə çox az turnirdə yarışdığını bildirib: “Siyasi fəaliyyətimlə əlaqədar olaraq son 1 ildə yarışlara az qatılıram. Amma millətsevərliyimiz özünü göstərir və bu olimpiadada çıxışımız uğurlu alınır. İnanıram ki, sona qədər yaxşı mübarizə aparmağa enerjimiz çatacaq. Qadın şahmatçılarımız əksər hallarda reytinqlərindən daha yaxşı çıxış edirlər. Bu dəfə də elə olacağına inanıram. Düşünürəm ki, ilk “beşliy”ə düşə bilərik”.
Tanınmış qrossmeyster Vətəndə keçirilən yarışlarda məsuliyyətin çox olduğunu vurğulayıb: “2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatının qalibi oldum. 2003-cü ildə Naxçıvanda dünya çempionatında bürünc medal qazandım, qardaşım Şəhriyar isə çempion oldu. Vətəndə oynamaq bir qədər psixoloji cəhətdən çətindir. Çünki doğma divarlar əlavə məsuliyyətdir. Amma bu məsuliyyət öz işini görür və bizə müvəffəqiyyət gətirir”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























