Digər idman növləri
Faiq Həsənov: “Bakı Şahmat Olimpiadası tarixə düşəcək”
42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü günündə yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, Həsənov geridə qalan 3 turu belə dəyərləndirib: “Artıq olimpiadada dördüncü tur start götürüb. Həmişə ilk tur çətin alınır. Bəzən hansısa komanda gecikir, bir başqası oyuna gəlmir. Üstəlik, təşkilatı işləri də unutmaq olmaz. İlk turdan sonra hər şey qaydasına düşdü. Geridə qalan müddətdə yarışı ən yüksək səviyyədə keçiririk və əminəm ki, sona qədər də belə olacaq”.
Faiq Həsənov bildirib ki, olimpiadada 5 qitəni təmsil edən hakimlər iş başındadırlar: “Olimpiadada 5 qitəni təmsil edən 192 hakim iş başındadır. Hakimlərin bir qismi oyunçuların qaydalara düzgün riayət etməsinə, kənardan müdaxilələrin olmamasına nəzarət edir. Olimpiadada 13 beynəlxalq hakim məhz bu işə kömək edir. Yarışda azərbaycanlı hakimlərin sayı 30-a bərabərdir. Onlar yüksək səviyyələri ilə seçilirlər”.
Olimpiadanın baş hakimi ilk turda bəzi komandaların mübarizəyə qoşulmamasına da münasibət bildirib: “Hər hansı bir gecikmə bizdən asılı deyil. Çünki Bakı Şahmat Olimpiadasının Əməliyyat və Təşkilat komitələri bütün işləri yüksək səviyyədə təşkil edib. Dövlət başçımız cənab İlham Əliyevin vizalarla bağlı sərəncamı var. Bütün qonaqlar məhz bu sərəncamın sayəsində asanlıqla viza əldə ediblər. Gecikmə halı hər olimpiadada olur. Bu, adi haldır. Bəzən hansısa komanda yarışın baş tutduğu ölkəyə yollanmaq üçün pul tapa bilmir. FİDE-nin qaydalarına görə, iqtisadiyyatı zəif, kasıb ölkələrə hər olimpiadada gəliş-gediş üçün yerli federasiya tərəfindən müəyyən məbləğ ayrılır. Biz tərəfdən bütün öhdəçiliklər yerinə yetirilib”.
Faiq Həsənov olimpiadanın üçüncü turunda yaponiyalı şahmatçının cəzalanmasına aydınlıq gətirib: “Qaydalara görə bütün komandalara təlimat verilib ki, oyun zalına qol saatı, qələm, telefon gətirmək olmaz. Lakin dünən kişilərdən ibarət Yaponiya yığmasının dördüncü lövhəsində mübarizə aparan Tanq Tanq özü ilə birgə telefon gətirmişdi. Hakimlər bu halı aşkarladılar. Bu səbəbdən də yapon şahmatçıya texniki məğlubiyyət verildi. Onun turnirdən uzaqlaşdırılması məsələsi də müzakirə edildi. Lakin 2 cəzanın ağır olacağını düşündük. Növbəti dəfə belə həl təkrarlanarsa, həmin idmançı mütləq yarışdan kənarlaşdırılacaq”.
Faiq Həsənov oyun zamanı şahmatçıların kapitanları ilə təmasına belə imkan verilmədiyini söyləyib: “Oyunlar zamanı hər hansı müdaxilənin olmaması üçün qaydalar sərtləşdirilib. Oyunçular, kapitanlar, məşqçilər nəzarət altındadırlar. Hər xırda məqama diqqət yetirilir. Hətta oyunçularla kapitanların siqaret çəkdikləri yerlər ayrılıb ki, hər hansı təmas olmasın. Tromsoda baş tutan son olimpiadada vəziyyət qarışıq idi. Bakı Olimpiadasında görülən işlərimiz FIDE tərəfindən yüksək qiymətləndirilir. Dünən Şəhriyar Məmmədyarova dərman lazım idi. Komandamızın kapitanı Aleksey Dreyev mənə yaxınlaşıb, bu haqda məlumat verdi. Mən isə bildirdim ki, dərmanı görüşün hakiminə təqdim edin. Qoy, o özü dərmanı Şəhriyara versin ki heç bir təmas olmasın”.
Yarışın baş hakimi olduğu üçün şahmatçılarımızın çıxışını dəyərləndirmək istəməyən Həsənov, Bakı olimpiadasının tarixə düşəcəyini bildirib: “1984-cü ildən olimpiadalara qatılıram. Əminliklər söyləyirəm ki, bu cür yaddaqalan olimpiada olmayıb. Bakı Şahmat Olimpiadası tarixə düşəcək. Bu, tək mənim fikrim deyil. Hər kəs bu faktı dəstəkləyir”,
Faiq Həsənov olimpiadadan öncə ölkə prezidenti cənab İlham Əliyevin şahmatçılarımızla görüşünü tarixi hadisə adlandırıb: “Adətən dövlət başçımız idmançılarla yarışlardan sonra görüşür. Lakin bu dəfə cənab prezident şahmatçılarımızla yarışdan əvvəl görüşdü. Bu, tarixi hadisədir. Ölkə rəhbərinin etimadı şahmatçılarımızda ruh yüksəkliyi yaradıb. İlham Əliyevin xoş sözləri, verdiyi dəstək şahmatçılarımız üçün çox yaxşı motivasiyadır. Şahmatçılarımız da cənab prezidentin etimadını doğrultmaq üçün çalışırlar”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























