14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Nərgiz Umudova: “Prezidentin bizi qəbul etməsi qürurvericidir”

“Şahmatda doğma divarlar arasında oynamaq çətindir. Təzyiq olur. Amma bizim üçün belə deyil”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri şahmatçı Nərgiz Umudova deyib.

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət ikinci yığmamız Yaponiya ilə qarşılaşır. Dördüncü lövhədə mübarizə aparan Nərgiz Umudova Misaki Şibatanı məğlub edib.

Mətbuat konfransında çıxış edən Umudova tamaçaşıların dəstəyini qeyd edib: “Tamaşaçıların dəstəyi bizə əlavə güc verir. Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Ailə üzvlərimiz, dostlarımız bizi dəstəkləyirər. Bu, bizə əlavə güc verir. Bu gün hər bir komandamızdan 4:0-lıq qələbə gözləmək mümnüdür. İnanıram ki, qələbə bizim olacaq”.

Təcrübəli şahmatçı ölkə başçısı İlham Əliyevin şahmatçılarımızla görüşündən də söz açıb: “Açılışdan öncə cənab prezident bizi qəbul etdi. Bu, qürurvericidir. Dünya praktikasında belə hala az rast gəlinir. Çox nadir ölkələrdə idmana dövlət səviyyəsində bu cür qayğı göstərilir. Bu isə gənclərin şahmatla məşğul olmasına stimul verəcək”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31