16 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”

Digər idman növləri

Zamiq Atakişiyevdən ikinci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı idmançımız peşəkar rinqdə 2-ci sınağına çıxıb. O, Moskvada baş tutan görüşdə Belarus təmsilçisi Viktor Çvarkovla qarşılaşıb. Bunadək keçirdiyi 2 döyüşdən birində qalib gəlib, birində uduzan rəqibi ilə qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Belə ki, 6 raund davam etməli olan ağır çəki kateqoriyasındakı döyüşdə Atakişiyev qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci qələbəsi olub.

Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28