Digər idman növləri
Olimpiadanın möhtəşəm açılışına 5 gün qaldı
42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqlərinə start verilib. Futbolxeber.az saytına Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək tədbirin təşkilində ölkənin bir çox tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edirlər. Mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.
Mərasimin xoreoqrafı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova layihə haqqında fikirlərini bildirib: “Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın açılış mərasimində xoreoqraf olmaqdan məmnunam. Ukraynanın tanınmış rejissoru Viktor Nikolayeviç və əməkdar artist Rəşad Haşımovla birlikdə çalışırıq. Açılış mərasiminin ssenarisini də birlikdə yazmışıq. Mərasimdə gözəl tamaşa nümayiş olunacaq. Azərbaycan həmişə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib. Əminik ki, Bakı Şahmat Olimpiadası da yüksək peşəkarlıqla təşkil olunacaq. Açılış mərasimində şahmatın və Azərbaycanın tarixi, mədəniyyəti nümayiş olunacaq”.
Mərasimin rejissoru və tərtibatçısı Viktor Nikolayeviç möhtəşəm açılış tədbiri keçiriləcəyini vurğulayıb: “Tamaşaçıları gözəl nağıl gözləyir. Şahmat nağılı adlandırmaq olar. Maraqlı obrazlar yaradılıb. Əvvəlcədən bütün sirrləri açıqlamaq istəməzdim, sadəcə maraqlı olacağına əminəm. Artıq 10 günə yaxın məşqlərə başlanılıb. Demək olar ki, hazırda son məşqlər keçirilir. Azərbaycanın ən mötəbər yarışları keçirmək üçün böyük təcrübəsi var. Bakı Şahmat Olimpiadası və açılış mərasimi də yüksək səviyyədə olacaq. Mərasim uzun müddət yaddaşlardan silinməyəcək”.
Açılış mərasiminin musiqi tərtibatçısı, “Rast” qrupunun rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov layihə üçün eksklüziv musiqi bəstələdiyini qeyd edib: “Şahmat dünyada elit və intellektual idman növüdür. Azərbaycana dünyanın ən güclü və tanınmış şahmatçıları gələcək. Açılış mərasimi üçün klassik musiqiyə yaxın bir janrda musiqi tərtibatı etmişik. Mərasimdə, həmçinin dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin musiqilərindən də istifadə olunub. Açılışa çox az vaxt qalıb. İnanırıq ki, yaradıcı heyətin əməyi nəticəsiz qalmayacaq. Qonaqlar çox maraqlı və unudulmaz açılış izləyəcək”.
"Amapola Exclusive Events" şirkətinin nümayəndəsi Səfər Aslanov mərasimin unikal şəkildə hazırlandığını qeyd edib: “Yarışa 180-dən çox ölkədən nümayəndə gələcək. Onların bir çoxunun Azərbaycanla tanışlığı bu arenadan başlayacaq. Mərasimdə şahmatın yaranma tarixi, Azərbaycanın milli ornamentləri nümayiş olunacaq. Tədbirdə həm müasir texnologiya vasitəsi ilə şou, həm də möhtəşəm sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışır. Burada milli və klassik rəqslərin nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil olunacaq. Bir saatlıq tədbir ərzində həm müasir Azərbaycan mədəniyyəti, həm də ölkəmizin klassik ornamentləri tamaşaçılara göstəriləcək”.
Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19:00-da başlayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























