Digər idman növləri
"Şəmkirdəki qələbəni Vüqar Həşimova həsr edirəm"
ShamkirChess2016 superturnirinin qalibi Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Sizi qələbə münasibətiylə təbrik edirik. Müsahibəyə ShamkirChess2016-nın yekunlarıyla bağlı başlamaq istərdik.
- Ardıcıl üçüncü dəfə keçirilən yarışda bu dəfə qalib olmaq bizə nəsib oldu. Qələbəni sözlə ifadə etmək çətindir. Sözsüz ki, çox xoşdur. Yarışa o qədər yaxşı başlamamışdım. Bununla belə ümidimi itirmirdim. Şəmkirə gələndə də düşünürdüm ki, niyə bizim şahmatçılar çempion olmasın. Niyə biz yarışı birinci pillədə başa vurmayaq. Ölkəmizdə keçirilən yarışda qələbə qazanmaq daha şirin olur. Turnir mənim üçün uğurlu başa çatdı. Şəmkir yarışı zamanı mənə dəstək olan bütün insanlara təşəkkür edirəm. İnanın ki, oyun zamanı da bu dəstəyi hiss etmişəm və o mənə qələbə qazanmağa kömək olub.
- Hansı turdan sonra Şəmkirdə qələbə qazanacağınıza inam daha artdı?
- 8-ci turda Fabiano Karuana üzərində qələbədən sonra. Karuana çox güclü şahmatçıdır. FİDE reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Ona qarşı qara fiqurlarla çıxış etmək asan deyil. 8-ci turda Karuananı məğlub edən sonra inam daha da artdı. Düşündüm ki, çempionluğa çox yaxınam. Son turda Aniş Girini məğlub etmək lazım idi. 9-cu turda qarşıya qoyulan məqsədə çatdım. Karuanayla xalımız bərabər olduğu üçün tay-brek qaçılmaz oldu. Tay-brek futbolda penalti kimidir. Bununla belə tay-brekdə də uğur qazanaraq qalib oldum.
-ShamkirChess2016 Şəhriyarın həyatında nəyi dəyişəcək?
- Daha Azərbaycandakı yarışlar mənim üçün uğurlu olmur deməyəcəm. Şəmkirə qədər elə düşünürdüm. Ölkədəki yarışlarda hər zaman reytinq itirmişəm. ShamkirChess2016 yanlış düşündüyümü göstərdi. Digər tərəfdən indiyə qədər Azərbaycan şahmatçıları 20-ci kateqoriyalı superturnirdə çempionluq sevinci yaşamayıb. Bu da ilk oldu. Teymur Rəcəbovla mən bir sıra yarışlarda qalib olmuşuq. Bəzən Veyk-An-Zee və ya başqa turnirdə şərikli olaraq 1-2-ci yerləri bölüşdürmüşük. Lakin tək çempionluq olmamışdı. Şəmkirdəki qələbə bu mənada bizim üçün çox vacib idi.
- İstirahət günündən sonra oyunun dəyişdi. Bəlkə bir günlük istirahətə ehtiyacın var idi?
- Bəzən düşünmək vacibdir. İstirahət günümüz çox maraqlı oldu. Təşkilatçılar hər məqamı diqqətdə saxlamışdı. Səhər Şəmkirdə şahmatla məşğul olan yeniyetmələrə seans keçdik. Sonra futbol oynadıq. Düzdü, şahmatçıların komandasının oyunu o qədər uğurlu olmadı. İlk görüşdə uduzduq. Ardınca Sergey Karyakinlə Göy-gölə getdik. Maraqlı gün keçirdik.
- Qələbəni kimə həsr edirsən?
- Şəmkir yarışında hamını birləşdirən bir ad var - Vüqar Həşimov. İştirakçılar, təşkilatçılar, qonaqlar Vüqar Həşimovun adına toplaşıb. Vüqar həmişə Azərbaycan şahmatçılarının qələbəsini arzulayıb. Çox vaxt uğur qazanmaq üçün birgə çalışmışıq. Şəmkirdəki qələbə vaxtı Vüqarla birlikdə Serbiyada ilk Avropa çempionluğumuzu qazanan günlər yadıma düşdü. Vüqar hər zaman bizimlədir. Ona görə də qələbəmi Vüqar Həşimova həsr edirəm.
- Artıq Şəmkirdə də sənin çoxlu sayda azarkeşlərin var...
- Şəmkirdə şahmatı çox sevirlər. Saatlarla davam edən oyun zamanı zalda çoxlu sayda adam olurdu. Bütün qonaqlara eyni səviyyədə yüksək diqqət göstərilirdi. Çətin dönəmdə belə Vüqar Həşimovun xatirə turnirini təşkil edən insanlara, xüsusilə Synergy Group-a təşəkkür edirəm. Əvvəlki illərdə olduğu kimi turnir yüksək səviyyədə təşkil olunmuşdu.
- 2016-cı il Azərbaycan şahmatı üçün çox vacibdir. Payızda Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.
- İlk dəfə Bakı Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Çox böyük yarışdır. Şahmatçılar məsuliyyəti başa düşür. Tezliklə olimpiadaya hazırlığa başlayacağıq. Olimpiadaya qədər istirahət barədə düşünməyəcəyik. Hər zaman olduğu kimi bu dəfə də hamını sevindirməyə çalışacayıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























