6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

Venesuellalı şahmatçı Bakıdakı dünya kuboku haqda: “Bundan yaxşı təşkilatçılıq mümkün deyil”

Bakıda keçirilən şahmat üzrə dünya kuboku davam edir. Futbolxeber.az-ın məlumatına görə, artıq yarışda ilk turun oyunlarına həsr olunmuş ikinci mətbuat konfransı da baş tutub. Bu dəfə jurnalistlər önünə venesuellalı İturrizaqa Bonelli çıxıb. İlk görüşündə israilli Maksim Rodşteynlə heç-heçə oynayan Bonelli görüşü belə şərh edib: “Oyun kifayət qədər gərgin keçdi. Partiyanın gedişində qələbə də qazana bilərdəm. Amma sonra gördüm ki, hər şey heç-heçəyə doğru gedir”.

Venesuellalı idmançı turnirin təşkilatçılığından da söz açıb: “Azərbaycana ilk dəfədir ki, səfər edirəm. Təşkilatçılıq çox yaxşıdır. Hər şey yüksək səviyyədə təşkil olunub. Deyərdim ki, bundan yaxşı təşkilatçılıq mümkün deyil”.

Ümumilikdə, dünya kubokunda dördüncü dəfə çıxış etdiyini bildirən Bonelli, heç vaxt azərbaycanlı şahmatçılarla üz-üzə gəlmədiyini də sözlərinə əlavə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31