Digər idman növləri
Kirsan İlyumjinov: "Bakıda Dünya Kubokunun uğurla keçiriləcəyinə əminəm"
Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) şahmat üzrə ən vacib yarışlarından biri olan - Dünya Kubokuna start veriləcək. Oktyabrın 5-nə qədər davam edəcək turnir Fairmont otelində keçiriləcək.
128 şahmatçının mübarizə aparacağı Dünya Kubokunun finalçıları şahmat üzrə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Yarışın bütün görüşləri iki partiyadan ibarət olacaq. Əgər iki görüşdən sonra ümumi hesab bərabər olacaqsa şahmatçılar qalibi tay-brekdə müəyyənləşdirəcək. Yalnız finalda mübarizə aparacaq şahmatçılar 4 dəfə üz-üzə gələcək. Şahmatçıların ilk 40 gediş üçün 90 dəqiqəsi, oyunun qalan hissəsi üçün 30 dəqiqə və oyunun əvvəlindən hər gedişə əlavə 30 saniyə vaxtları olacaq.
FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kuboku - 2015-in Bakıda keçirilməsini yüksək qiymətləndirərək yarışın Azərbaycanda idmanın bu növünün daha sürətlə inkişafına təkan olacağını bildirib: "Bizi çox sevindirir ki, Azərbaycanda mötəbər şahmat yarışlarının keçirilməsi ənənə halını alıb. Bu gün Bakı, beynəlxalq idman tədbirlərinə mükəmməl təşkilatçılığı ilə bütün dünyada tanınır. Azərbaycan atletlərinin çoxsaylı medallar qazanması ilə yadda qalan və çox böyük uğurla başa çatan Birinci Avropa Oyunları 2015 buna ən parlaq nümunədir! Bu şəhərdə hərarətli şərq qonaqpərvərliyi ilə dinamik biznes mühiti, yüksək səviyyəli infrastruktur obyektləri ilə tarixi abidələr mükəmməl bir ahəngdarlıq təşkil edir. Şahmatın Azərbaycanın iki min ildən çox tarixə malik olan mədəniyyətində müstəsna rolu olub. ”Satranc” oyunu bu ərazidə 5-ci əsrdən bəri oynanılıb. Bu haqda dahi Nizaminin bir neçə poemasında qeydlər var.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin idmana olan diqqəti sayəsində ölkədə bütün idman növləri inkişafdadır. Özəlliklə şahmata olan marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur. Hazırda şahmat idman, təhsil və mədəniyyət istiqamətində hökumət fəaliyyətinin ən çox diqqət ayrılan sahələrindəndir. Ötən il Azərbaycan paytaxtı FİDE Qran-Pri silsiləsindən olan ilk turniri yüksək səviyyədə təşkil etdi. Bu il isə Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Ali şahmat qurumu turnirin yüksək səviyyədə keçiriləcəyinə inanır. Unutmayaq ki, gələn il Azərbaycanı şahmat üzrə ən mötəbər yarışlardan biri olan olimpiada gözləyir. Bütün bu yarışlar dünya şahmat ailəsinin diqqətini Azərbaycan paytaxtına yönəldəcək. Əminliklə söyləyə bilərəm ki, dünyada şahmatın inkişafında Azərbaycan özünəməxsus yer tutur. Mən 2015-ci il Dünya Kubokunun çox uğurlu keçiriləcəyinə və 2016-cı ildə Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadası üçün mükəmməl bir sınaq olacağına tam əminəm".
Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov Dünya Kubokuna hazırlıqla məlumat verib: "Azərbaycan zəngin şahmat ənənəsi olan ölkə kimi tanınır. Hər il ölkəmizdə bir neçə beynəlxalq şahmat turnirinin keçirilməsi fikrimizi təsdiqləyir. Bir neçə gündən sonra bütün dünya şahmat ailəsinin diqqəti Bakıda start götürəcək Dünya Kubokuna yönələcək. Təşkilat Komitəsi tərəfindən yarışın yüksək səviyyədə keçirilməsi istiqamətində lazımi işlər aparılır. Dünya Kubokunun Bakının ən gözəl məkanlarından biri olan Fairmont otelində keçiriləcəyi dəqiqləşib. Ölkəmizə bu yarışı işıqlandırmaq üçün Avropanın müxtəlif şəhərlərindən çoxlu sayda jurnalist gələcək.
İki ay əvvəl Bakıda ilk Avropa Oyunları kimi möhtəşəm yarışı izlədik. Dünyanın aparıcı televiziya kanalları paytaxtımızdan canlı yayımlar təşkil etdi. İlk Avropa Oyunlarında şahidi olduğumuz nümunəvi təşkilatçılıqdan sonra şahmat üzrə Dünya Kubokunda məsuliyyətimiz daha da artır. Biz çalışırıq ki, iştirakçılar və yarışın qonaqları hər zaman olduğu kimi yüksək təşkilatçılığın şahidi olsun. Şahmat həvəskarlarının marağını nəzərə alaraq Dünya Kubokunda oyunları internet vasitəsiylə canlı yayımlamağı planlaşdırırıq. Üstəlik, şahmatsevərlərə üç dildə - Azərbaycan, ingilis və rus dillərində məşhur qrossmeysterlərin təqdimatında maraqlı şərhlər təqdim olunacaq".
Qeyd edək ki, şahmat üzrə Dünya Kuboku 2015 - Chess World Cup 2015 1.600.000 ABŞ dollar mükafat fonduna malikdir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
04.11.2026
03.11.2026
























