2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Digər idman növləri

“Bakı-2015”: Azərbaycan atletindən dopinq tapılıb?

Bakı-2015 Avropa Oyunlarında daha bir idmançıdan dopinq tapılıb. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, Albaniya millisinin boksçusu Reşildo Zenelinin ardınca Azərbaycan yığmasının atleti Çaltu Becinin orqanizmində qadağan olunmuş dərman preparatı aşkarlanıb.

Lakin Ümumdünya Antidopinq Agentliyinin (WADA) tərəfdaşlarından olan PWS şirkətinin mütəxəssisləri tərəfindən aparılan yoxlamada sidiyindən ostarin tapılan həbəşistanlı legionerin dopinqdə “ilişəcəyi” tam rəsmiləşməyib. Müvafiq qaydalara əsasən, Beci üçün B probu açılıb. Artıq bu səbəbdən komissiya da yaradılıb və yekun nəticə iyunun 29-da dəqiqləşəcək.  

Bir sözlə, bu, hələlik atletin diskvalifilkasiya olunması demək deyil. Çünki Becinin B testi də müsbət nəticələnərsə, onun barəsində sərt ölçü götürüləcək. Həmçinin, Çaltunun komandamızın heyətində yığdığı xallar ləğv olunacaq. 3000 m məsafəyə maneələrlə qaçmaqda 1-ci, 1500 m məsafəyə yürüşdə 8-ci yeri tutan 18 yaşlı milliləşdirilmiş legionerin nəticəsinin silinməsi isə millimizin mövqeyinə təsir etməyəcək. Buna səbəb komanda hesabında 5-ci olan ölkəmizin ən yaxın izləyicisindən 50 xal öndə olmasıdı.

Qeyd edək ki, Çaltunun nəticəsi hələlik Bakı-2015-in rəsmi saytında da ləğv olunmayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31