1 Noyabr 2026, Bazar günü
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da

Digər idman növləri

“Bakı-2015”: Basketbolda hər iki qızıl medalı ruslar qazandı

Bakı-2015 Avropa Oyunlarında 3x3 basketbol yarışlarına yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, kişilərin mübarizəsində qalib adı uğrunda Rusiya və İspaniya komandaları qarşılaşıb. Görüş rusların 18:14 hesablı qələbəsi ilə tamamlanıb. Bürünc medala Serbiya yığması sahib çıxıb. Üçüncü yer uğrunda görüşdə serblər Sloveniya komandasını 21:14 hesabı ilə məğlub edib.

Elə qadınların mübarizəsində də qızıl medal Rusiyaya qismət olub. Həlledici görüşdə ruslar Ukrayna millisindən üstün olub - 22:17. Bürünc medal uğrunda görüşdə isə İspaniya və Sloveniya qarşılaşıb. Matç ispanların 19:9 hesablı qələbəsi ilə tamamlanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30