8 Noyabr 2026, Bazar günü
Azərbaycan Zəfər Gününü qeyd edir
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi

Digər idman növləri

"Bakı-2015": 4 boksçumuz yarımfnalda

Bakı-2015 Avropa Oyunlarında boks yarışları davam edib. Futbolxeber.az-ın məlumatına görə, bu gün 5 boksçumuz 1/4 final döyüşünə çıxıb.

Kişilər

49 kq

Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulub. Boksçumuz yarımfinala adlamaq üçün irlandiyalı Brendan İrvini məğlub etməli idi. Lakin Əlizadə rəqibinə uduzaraq, mübarizəni 1/4 finalda dayandırıb. 

52 kq

Elvin Məmişzadə 1/4 finalda Bolqarıstan bokçusu Daniel Asenovla üz-üzə gəlib. Qələbə qazanan boksçumuz yarımfinala yüksəlib. Finala gedən yolda Məmişzadə  Almaniyanı təmsil edən Həmzə Touba ilə döyüşəcək. 

56 kq

Tayfur Əliyev yarımfinala gedən yolda danimarkalı Frederik Yansenlə qarşılaşlb və rəqibinə qalib gəlib. Bununla da Əlyev yarımfinala yüksələn ilk boksçumuz olub.

81 kq

Əsas medal ümidlərimizdən olan Teymur Məmmədov 1/4 finalda hollandiyalı Peter Mullenberqlə döyüşüb. Görüş Məmmədovun qələbəsi ilə tamamlanıb və o, da adını yarımfinala yazdırıb. 

+91 kq

Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşıb və çətinlik çəkmədən qalib gələrək yarımfinalda iştirak etmək hüququ qazanıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30