Digər idman növləri
“Bakı-2015”in məşəli Zaqatalada
Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli mayın 23-də axşam saatlarında “qızılgüllər diyarı” Zaqatalaya gətirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.
Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti iştirakçıya - 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürüb.
Məşəl daşımağın sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Təbriz Balaxanov deyib: “Birinci Avropa Oyunlarının məşəlini Zaqatala rayonunda qəbul etmək mənə qismət oldu. Bundan duyduğum sevinci ifadə etməyə söz tapmıram. Sadəcə demək istəyirəm ki, azərbaycanlı olduğuma görə fəxr edirəm! Bir idmançı kimi inanıram ki, uğur, qalibiyyət həmişə bizimlə olacaq. İnanıram ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək”.
Estafeti davam etdirən sonrakı məşəlçilər Heydər Əliyev prospekti, Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyli və Sülh küçələri boyunca 2700 metrə yaxın məsafə qət edərək birinci Avropa Oyunlarının məşəlini Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gətiriblər. 1830-cu ildə inşa edilmiş Zaqatala qalasının ərazisinə toplaşan minlərlə zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini böyük coşqu ilə izləyiblər. Zaqatala şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, 2014-cü ildə İnquşetiyada keçirilmiş cüdo idman növü üzrə beynəlxalq turnirin mükafatçısı Ariz Məmmədov meydanın mərkəzində qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırıb. Meydana toplaşanlar bu unudulmaz anı sürəkli alqışlarla qarşılayıblar.
Məşəldən alovlandırılan “Bakı-2015”-in çırağı ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.
Mərasim atəşfəşanlıqla başa çatıb.
Məşəl estafetinin sonuncu iştirakçısı Ariz Məmmədov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bu gün həyatımda baş verən ən önəmli bir tarixi anı yaşayıram. Rayonumuza gətirilən məşəli alovlandırmaq mənə qismət oldu. Fəxr edirəm ki, belə bir ölkənin vətəndaşıyam. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də inkişaf özünün ən yüksək zirvəsinə çatıb. Bir azərbaycanlı gənci kimi, bundan sonra da çalışacağam ki, üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması üçün əlimdən gələni edim, doğma Vətənimizə layiqli gənc olum”.
Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov birinci Avropa Oyunlarının məşəlinin Zaqatala rayonuna gətirilməsindən duyduği sevinci belə ifadə edib: “Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli nəhayət doğma Zaqatalaya da gəlib çatdı. Bu əlamətdar hadisə biz zaqatalalıları çox sevindirir, qürurlandırır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünya arenasında növbəti uğurlu çıxışıdır. Biz, yaşlı nəslin nümayəndələri bu uğurlara sevinir və yarışlarda iştirak edəcək idmançılarımıza qələbələr arzulayırıq”.
Şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Hacıyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qürurverici hadisə olduğunu vurğulayaraq deyib: “Bu gün rayonumuz üçün çox əlamətdar bir gündür. Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşılayırıq. Bu təntənəli mərasimin iştirakçısı olduğum üçün özümü xoşbəxt sanıram. Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzundan irəli gəlir. Bizə bu böyük sevinci bəxş etdiyinə görə zaqatalalılar adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Qeyd olunduğu kimi, məşəldən alovlandırılan çıraq Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq. Mərkəzin direktoru Famil Rəhimov bundan duyduğu sevinci dilə gətirib: “Belə bir tarixi hadisənin şahidi olduğumuz üçün fərəh hissi keçirirəm. Bu xoşbəxtlik Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bizə töhfəsidir. İnanırıq ki, gün gələcək, bu məşəl doğma Qarabağımızda da alovlanacaq və bu alov daim yanacaq”.
Məşəl estafetinin növbəti ünvanı Qax rayonu olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























