2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Digər idman növləri

Daha yeddi çəki dərəcəsində Azərbaycan çempionatının qalibi müəyyənləşib

“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, çempionatın ikinci günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kiloqram, sərbəst güləş üzrə 42, 46 və 50 kiloqram çəki dərəcələrində 111 pəhləvan mübarizə aparıb.

Yunan-Roma güləşi yarışlarında Ülvi Qənizadə (69 kq), Rüfət Güləliyev (76 kq), Uğur Hacılı (85 kq) və Camal Feyziyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sərbəst güləşçilərin mübarizəsində isə Əsgər Məmmədəliyev (42 kq), Tural Bayramov (46 kq) və Rakif Eminov (50 kq) qızıl medal qazanıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31