18 Avqust 2025, Bazar ertəsi
Adil Şükürov: “Kəpəz” düzələcək”
"Sumqayıt"dan möhtəşəm start
"Müqavimət göstərməyə gücümüz var"
Kurban Berdıyevdən qələbə şərhi

Digər idman növləri

“Birinci Avropa Oyunlarına ciddi hazırlaşıram”

“Birinci Avropa Oyunlarına ciddi hazırlaşıram. Çünki Oyunlarda güclü rəqabətin olacağını bilirəm”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanı birinci Avropa Oyunlarının üzgüçülük yarışlarında təmsil edəcək Kamran Cəfərov deyib.

İtaliya, Fransa və Macarıstandan olan üzgüçülərin “Bakı-2015”də güclü rəqib olduqlarını diqqətə çatdıran Kamran Cəfərov birinci Avropa Oyunlarında mükafatçılar sırasında yer almaq üçün əzmlə mübarizə aparacağını vurğulayıb.

Üzgüçü deyib: “Artıq bir neçə təlim-məşq toplanışında iştirak etmişəm. Yarışların keçiriləcəyi Bakı Su İdmanı Sarayı çox möhtəşəmdir. Burada beynəlxalq yarışların təşkil olunması üçün hər cür şərait var. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məsuliyyətimizi daha da artırır. Buna görə də əzmkarlıq nümayiş etdirərək mükafatçılar sırasında yer almağa çalışacağam”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31