27 Yanvar 2026, Çərşənbə axşamı
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Digər idman növləri

Birinci Avropa Oyunlarının yayımlanması ilə bağlı dörd ölkədən beş televiziya şirkəti ilə müqavilə imzalanıb

“Bakı-2015” Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunlarının yayımlanması ilə bağlı daha dörd ölkənin 5 televiziya şirkəti ilə müqavilə imzalayıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, beynəlxalq yayım əhatəsini genişləndirən “Bakı-2015” Ukraynanın NTU, Gürcüstanını İctimai kanalı, Norveçin TV2, İsrailin “Sport 5” (Sport Channel) və “Sport 1” (Çarlton) televiziya şirkətləri ilə müqavilə bağlayıb.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, birinci Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağı artmaqda davam edir. Ukraynalı, gürcüstanlı, norveçli və israilli idman azarkeşlərinin bu yay Bakıda mübarizə aparacaq dünya səviyyəli idmançıları izləmək şansı əldə etməsindən məmnunuq. Məqsədimiz ilk Avropa Oyunlarının brendini beynəlxalq səviyyədə təqdim etməkdir. Bu yayım sazişləri məqsədimizi uğurla həyata keçirmək üçün əsas vasitədir.

ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələri ilə əldə olunmuş yayım tərəfdaşlıqlarının ardınca ən son bağlanmış bu müqavilələr ilk Avropa Oyunlarının qlobal miqyaslı tədbir olduğunu bir daha sübut edir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31