14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Belçika "Bakı-2015"də 114 idmançı ilə təmsil olunacaq

Belçika Federasiyalararası və Olimpiya Komitəsi (COIB) ilk Avropa Oyunlarında iştirak edəcək idmançıları müəyyənləşdirib. Futbolxeber.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, bu ölkəni Oyunlarda idmanın 16 növü üzrə 114 atlet təmsil edəcək.

COIB 2012-ci il London Olimpiadasının cüdo yarışlarında ölkəsinə qızıl medal qazandıran Şarlin Van Snikə və atıcılıq yarışlarının gümüş mükafatçısı 34 yaşlı Lionel Koksa böyük ümidlər bəsləyir.

Yığma komandanın tərkibinə Yuşim Botyö, Tom Bunan, Lionel Koks, İze Heylan, Svan Nis, Jan-Mişel Sev, Dirk Van Tişelt kimi tanınmış idmançılar daxil edilib. Belçikalı atletlər idmanın badminton, basketbol, boks, velosiped, stolüstü tennis, gimnastika, cüdo, karate, üzgüçülük, taekvondo, atıcılıq, voleybol növlərində mübarizə aparacaqlar.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31