2 Yanvar 2026, Cümə
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı

Digər idman növləri

FİDE-nin yeni reytinq cədvəli açıqlandı

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.Futbolxeber.az-ın məlumatına görə, ən güclü 100 qrossmeyster arasında 3 təmsilçimiz var. Hazırda şahmatçılarımız arasında ən yaxşı göstərici Teymur Rəcəbova məxsusdur. Rəcəbov sıralamada 21-cidir. Ötən ayla müqayisədə geriləyən Şəhriyar Məmmədyarov 23-cü yeri tutur. Rauf Məmmədov isə reytinqdə 94-cüdür.

Dünya reytinqinə əvvəlki kimi Maqnus Karlsen başçılıq edir. Vişvatan Anand ikinci olduğu halda, ilk “üçlüy”ü Fabiano Karuana qapayır.

Şahmatın rapid və blits növləri üzrə də reytinq cədvəli açıqlanıb. Burada 4 idmançımız "yüzlük"də yer alıb. Rapid növündə Şəhriyar Məmmədyarov 12-ci, Teymur Rəcəbov 21-ci, Qədir Hüseynov 37-ci, Rauf Məmmədov 56-cıdır. Reytinqə ABŞ-ı təmsil edən Hikaru Nakamura başçılıq edir. Karlsen ikinci, Aleksandr Qrişuk isə üçüncüdür.

Blitsdə isə Teymur Rəcəbov 9-cu, Rauf Məmmədov 15-ci, Şəhriyar Məmmədyarov 24-cü,  Qədir Hüseynov isə 74-cüdür. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31