Digər idman növləri
Heydər Əliyevin xatirəsinə həsr olunmuş qolf üzrə Milli turnir başladı
“Bu gün Sizləri Qubadakı Milli Qolf Klubunda start götürən, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turnirinin açılış mərasimində salamlamaqdan çox şadam”. Futbolxeber.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov Qubadakı Milli Qolf Klubunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turnirinin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə yaradılmış və rəhbəri olduğu Azərbaycan Qolf Federasiyası qısa bir müddətdə idmanın bu növünün ölkəmizdə populyarlaşması üçün mühüm tədbirlər həyata keçirib: “Son iki ildə Bakıda Qolf Federasiyasının inzibati binası, Bakı Qolf Akademiyası, Qubada Milli Qolf Klubu inşa olunaraq istifadəyə verildi. İdmanın bu növünün təbliğatı üçün paytaxt məktəbliləri arasında müxtəlif tədbirlər keçirildi. Azərbayanda qolfun inkişafı istiqamətində görülmüş əhəmiyyətli tədbirlərdən biri də Qubada Milli Qolf Klubunun yaradılması oldu. 2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutan açılış mərasimində də vurğulandı ki, belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcək”.
Anar Məmmədov, həmçinin Federasiyanın xarici əlaqələrindən də danışıb: “Bundan başqa, Azərbaycan qolfunun beynəlxalq yarışlarda təmsil olunması üçün xarici qolf təşkilatları ilə sıx əlaqələr quruldu, qolf üzrə Beynəlxalq Avropa Turun rəhbər əməkdaşlarının ölkəmizə səfərləri təşkil olundu, adıçəkilən təşkilat və Azərbaycan Qolf Federasiyası arasında ölkəmizdə qolf üzrə beynəlxalq yarışların keçirilməsinə dair razılıq əldə olundu. Və artıq bu gün Qubada yaradılmış Milli Qolf Klubunda ölkəmizin tarixində ilk dəfə olaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçirilir. Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsi ölkəmizin böyük qolf aləminə atdığı ilk addım olacaq. Artıq bu turnirdən başlayaraq, gələcəkdə ölkəmiz qolf üzrə daha böyük, genişmiqyaslı yarışlara ev sahibliyi edəcək”.
Federasiya prezidenti vurğulayıb ki, turnirin əsas məqsədi qolf bacarıqlarına malik olan yerli və əcnəbi qolfçular üçün maraqlı və rəqabətli yarış təşkil etmək, eyni zamanda ölkəmiz üçün yeni olan bu idman növünün daha geniş kütləyə çatdırılmasını təmin etmək və Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etməkdir: “Mən inanıram ki, tez bir zamanda qolf Azərbaycanda ən populyar idman növlərindən birinə çevriləcək. Azərbaycan Qolf Federasiyası olaraq, qarşımızda dayanan əsas məqsədlərdən biri də 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Vətənimiz Azərbaycanı təmsil edəcək komandanın iştirakını təmin etməkdir. Və buna görə də, Azərbaycanın Qolf Federasiyası həmçinin yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində iş aparır. Bu istiqamətdə fəal işlər görülür, PGA aparıcı məşqçiləri və mütəxəssisləri cəlb edilib, eləcə də Türkiyə, İtaliya, Avropa Qolf Federasiyası kimi məşhur federasiyalar ilə əməkdaşlıq qurulub. Sonda yarışda iştirak edən hər bir idmançıya uğurlar arzulayır, tədbiri izləyəcək hər bir şəxsə dərin təşəkkürümü bildirirəm! Qoy, güclü olan qalib gəlsin!”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























