14 Oktyabr 2026, Çərşənbə
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Teymur Rəcəbov: “Bəziləri karyeramı bitirəcəyimi gözləyirdi”

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə keçirilmiş “Shamkir Chess 2014” turniri barədə fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, Rəcəbov turnirdə yüksək təşkilatçılığı qeyd edib.
 
O deyib: “Karyeram ərzində ən yaxşı turnirlərdən birində çıxış etdim. Ən yadda qalan məqam Maqnus Karlsen üzərində qələbəm oldu. Onunla iki görüşdə 1,5 xal qazandım. Halbuki son 6 ildə Karlsenə qalib gələ bilmirdim. Ümid edirəm ki, bu qələbəni çox xatırlamayacağam. Çünki qarşıdakı turnirlərdə Karlsen üzərində yeni qələbələr qazanmaq istəyirəm. Şəmkirdə maraqlı bir əhvalatla rastlaşdım. Karlsenlə ilk turun başlanmasına dəqiqələr qalarkən, mənə yaxınlaşan bir müəllim “İndi qələbə zamanıdır” dedi. Elə həmin tur Maqnusu məğlub etdim. İkinci dövrədəki görüşdən əvvəl isə həmin insan mənə heç-heçə də pis olmaz söylədi. Onun dediyi kimi də oldu. Gərək növbəti oyunlarda həmin müəllimin köməyindən istifadə edim (gülür)  "
 
Rəcəbov bildirib ki, 6 ayadək şahmat oynamadığı üçün bəziləri onun karyerasını bitirəcəyini düşünüb: “Amma bu belə deyil. Mən şahmat oynamaq və yeni qələbələr qazanmaq istəyirəm”.
 
Qeyd edək ki, Teymur Rəcəbov “Shamkir Chess 2014” turnirində 5 xalla 3 – 5-ci yerləri bölüşdürüb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31