24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Minifutbol

Elşad Quliyev: “Çalışacağıq ki, bu uğurların ardı gəlsin”

“Bizim üçün ağır çempionat keçdi. Bir-birindən çətin oyunlar keçirdik. Hər nə qədər ağır olsa da, yekunda qalib gəldik, Avropa çempionu olduq. Çox sevincliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev Avropa çempionluğunu şərh edərkən deyib.

Vətənə qayıdarkən hava limanında jurnalistlərin suallarını cavablandıran mütəxəssis ən çox iki oyunun çətin alındığını bildirib: “Ən çətin matçlarımız Çexiya və Serbiyaya qarşı idi. Həqiqətən də hər iki görüş ağır keçdi”.

“İki dəfə Avropa, bir dəfə dünya çempionu olmusunuz. Məşqçi kimi başqa nə arzunuz var?” sualını E.Quliyev belə cavablandırıb: “İşimiz budur. Çalışacağıq ki, ardı gəlsin. Dünya çempionu olandan sonra bu tempi aşağı salmaq istəmirik”.

O, finala hazırlaşmağın çətinliyindən də söz açıb: “Komandanı ardıcıl oyunlara hazırlamaq ağır idi. Yorğunluq var idi. Uşaqlara çox sağ ol deyirəm. Finalda möhtəşəm oyun sərgilədilər”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31