11 Noyabr 2026, Çərşənbə
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Minifutbol

Elşad Quliyevdən qələbə şərhi

“Möhtəşəm turnir keçirildi. Avropa Minifutbol Federasiyasını təbrik edirəm. Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibəti ilə təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol millimizin baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatında Ukraynanı məğlub etdikləri (2:0) final oyunundan sonra fikirlərini bölüşüb:

“Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".

E.Quliyev Ukrayna millisinin də yaxşı heyətinin olduğunu əlavə edib:

"Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq. Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".

Qeyd edək ki, Azərbaycanın minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30