24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Minifutbol

Minifutbol millimiz ikiqat Avropa çempionu oldu

Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gəlib. Millimiz finalda Ukrayna seçməsini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi olub. Yığmamızın heyətində Mirmehdi Rzayev və İsa Atayev fərqlənib.

Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Yığmamız daha əvvəl 2022-ci ildə müvafiq titula sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31