17 Oktyabr 2026, Şənbə
“Qarabağ”, yoxsa “Neftçi”?
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”

Minifutbol

Millimizin qapıçısı: “Son Avropa çempionunu taxtından endirdik”

“Qardaşlarım, dostlarım, komanda yoldaşlarım 50 dəqiqə ərzində vuruşdular, döyüşdülər. Serbiya ilə matç həqiqətən bir döyüş idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol millimizin qapıçısı Vəli Qafarov deyib.

O, əsas vaxtı 1:1 hesabı ilə bitən Serbiyaya qarşı yarımfinal görüşü (penaltilər seriyasında 3:1) haqqında fikirlərini bölüşüb:

“Futbolçular oyuna öz töhfələrini verdilər. Mən də penaltini qurtarmaqla bacardığımı etməyə çalışdım".

Qafarov dünya reytinqində birinci pillədə qərarlaşdıqlarını xatırladıb:

"Avropa çempionatının finalına vəsiqə qazandığımız üçün Allaha şükür edirik. Turnirdən əvvəl açıqlamamda bildirmişdim ki, rəqiblərimizə qarşı yaxşı hazırlaşmışıq. Dünya reytinqində birinci pillədəyik. Son Avropa çempionunu taxtından endirdik. Artıq bir həlledici matçımız qalıb. Ümid edirəm ki, finalda da yaxşı nəticə qazanaraq Vətənə qayıdacağıq".

Xatırladaq ki, Azərbaycan millisi bu gün finalda Ukrayna ilə üz-üzə gələcək. Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31