29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Minifutbol

Azərbaycan millisi Avropa çempionatının finalında!

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Serbiya ilə üz-üzə gəlib. 

"Tipos Arena"da keçirilən oyunun əsas vaxtında qalib aşkarlanmayıb - 1:1. Xətai Bağırov 12-ci dəqiqədə hesabı açsa da, serblər 7 dəqiqə sonra cavab qolunu vurublar. Belədə oyunun taleyi penaltilər seriyasında həll olunub.

Yığmamızın heyətində Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarovun zərbələri dəqiq alınıb. Penaltilər seriyasında 3:1 hesablı qələbə qazanan Azərbaycan millisi finala yüksəlib. Həlledici qarşılaşmada millimizin rəqibi Ukrayna yığması olacaq. 

Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31