27 Aprel 2026, Bazar ertəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Minifutbol

“Birbaşa Bakı”dan ardıcıl üçüncü çempionluq

Minifutbol üzrə ölkə çempionatında 2023/24 cü il mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 16 komandanın mübarizə apardığı ölkə çempionatının qalib və mükafatçıları müəyyənləşib.

Bürünc medal uğrunda görüşdə “Odlar Yurdu” “Real Bakı” ilə üz-üzə gəlib. Futbol üzrə milli komandamızın sabiq üzvü Cəmşid Məhərrəmovun çalışdırdığı “Real Bakı” 3:1 hesablı əzmkar qələbə qazanmaqla bürünc medallara sahib çıxıb.

Yarışın həlledici qarşılaşmasında “Aznur” və “Birbaşa Bakı” görüşüb. Oyun “Birbaşa Bakı”nın 5:2 hesablı qələbəsi ilə nəticələnib. Beləliklə, “Birbaşa Bakı” ardıcıl 3-cü dəfə ölkə çempionatının qızıl medallarına yiyələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30