19 Dekabr 2025, Cümə
Şahruddin əməliyyat olundu
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA

Minifutbol

Qətərdə Zidan - Materatsi abidəsi götürüldü

Qətərin paytaxtı Dohada sabiq futbolçu Zinəddin Zidanın Marko Materatsi ilə insidentini əks etdirən abidə götürülüb. Lent. az-ın məlumatına görə, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.
 
Doha rəsmiləri hesab edirlər ki, 2006-cı il dünya çempionatında Fransa və İtaliya yığmaları arasında keçirilmiş matç zamanı Zidanın Materatsiyə kəllə atdığı epizod diqqətə layiq deyil.
 
Abidə oktyabrın əvvəllərində Əlcəzair əsilli fransalı heykəltəraş Adel Abdessəməd tərəfindən quraşdırılıb. Mühafizəkar müsəlmanlar bu işdən narazılıqlarını ifadə ediblər.  Onların fikrincə, bu heykəl bütpərəstliyə xidmət edir. Abidə əleyhinə digər mövqe isə bu olub ki, qeyri-idman hərəkətini təsvir etmək düzgün deyil.
 
Qeyd edək ki, abidənin hündürlüyü 5 metr olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31