26 Avqust 2026, Çərşənbə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Minifutbol

İngilis hakimlər Tofiq Bəhramovun abidəsini ziyarət etdilər

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın "Lex"lə Bakıdakı cavab oyunundan sonra maraqlı anlar yaşanıb. 

Futbolxeber.az saytının məlumatına görə, görüşü idarə edən ingiltərəli hakimlər - Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper təqdirəlayiq addım atıblar. Onlar Tofiq Bəhramovun abidəsini ziyarət ediblər.

Xatırladaq ki, Tofiq Bəhramov 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçından sonra daha məşhurlaşıb. Həmin oyunda hesab 2:2 olarkən - əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesablı qələbə sayəsində dünya çempionu olub. Bu matçdan sonra Tofiq Bəhramov ingilislərin qəlbində xüsusi yer tutub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31