17 Mart 2026, Çərşənbə axşamı
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Minifutbol

Millimizin sabiq üzvündən çağırış

Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova "Feysbuk" hesabında etdiyi paylaşımla diqqət çəkib.

Futbolxeber.az saytının məlumatına görə, o, azarkeşləri "Fənərbaxça" və  "Şaxtyor" (Donetsk) arasında bu gün İstanbulda keçiriləcək  xeyriyyə matçı üçün bilet almağa çağırıb: "Bu gün "Fənərbaxça" stadionunda Donetsk "Şaxtyor"u ilə oyun olacaq. Oyundan əldə olunacaq bütün gəlirlər ukraynalı uşaqlarına yardım məqsədilə xərclənəcək. Mən  orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq"!

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Əlavə edək ki, Polina Rəhimova 2007-2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31