Minifutbol
Səfir Azərbaycan həqiqətlərini “Qarabağ” klubu vasitəsilə İspaniyada yaydı
Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov “Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo ilə görüşüb. Görüş Ağdamın “Qarabağ” və İspaniyanın “Atletiko Madrid” futbol klubları arasında keçiriləcək oyun öncəsi məlumatlandırma xarakteri daşıyıb.
Futbolxeber.az-ın məlumatına görə, görüşdə səfir “Qarabağ”ın Azərbaycanın işğal olunmuş bölgəsini təmsil etdiyini vurğulayıb.
“Qarabağ”ın Çempionlar Liqasında iştirak etməsinin həm də siyasi tərəfini düzgün dəyərləndirən səfir Anar Məhərrəmov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu vasitədən istifadə edib.
Enrike Serezo “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə səfir Anar Məhərrəmovu təbrik edib, komandamıza gələcək qarşılaşmalarda uğurlar arzulayıb.
Anar Məhərrəmov “Qarabağ”ın tarixi və uğurları barədə məlumat verib və bildirib ki, klub yarandığı gündən etibarən ölkə çempionatlarında aktiv iştirak edərək azarkeşlərini daim sevindirib:
“Əfsuslar olsun ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində klubun vətəni olan Ağdam şəhəri 1993-cü ildə düşmən nəzarətinə keçib. Bu səbəbdən “Qarabağ” klubu ev oyunlarını Bakı şəhərində keçirmək məcburiyyətindədir”.
Azərbaycanlı diplomat Prezident İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, idmana göstərilən qayğı və diqqətdən də bəhs edib.
“Məhz bu baxımdan təsadüfi deyil ki, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında ölkəmiz ikinci, 2017-ci ildə təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarda isə komanda hesabında birinci yerə layiq görülüb”.
Bildirilib ki, “Qarabağ” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını məhz yuxarıda adıçəkilən yarışların açılış və bağlanış mərasimlərinin keçirildiyi Bakı Olimpiya Stadionunda keçirəcək.
“Atletiko Madrid”in prezidenti “Qarabağ” futbol klubunun oyunlarını izlədiyini deyib və komandanın UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini ciddi uğur adlandırıb.
Azərbaycanda futbolun yüksək sürətlə inkişaf etdiyini bildirən E.Serezo bundan məmnunluğunu vurğulayıb. Bakıda bir neçə dəfə olduğunu qeyd edən klub prezidenti qarşıdakı oyunla əlaqədar bu gözəl şəhərə bir daha səfər edəcəyindən məmnunluq ifadə edib.
Görüşdə Enrike Serezo Anar Məhərrəmovu klubun yeni stadionu “Vanda Metropolitano” barədə məlumat verərək, səfiri “Atletiko Madrid”in oyunlarına baxmağa dəvət edib.
Sonda səfir Anar Məhərrəmov xatirə hədiyyəsi olaraq “Qarabağ” klubunun Enrike Serezo üçün xüsusi tərtib etdiyi formanı klub prezidentinə təqdim edib.
modern.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
-
15:58
Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
-
15:35
“Zirə”nin müdafiəçisi üçün yubiley
-
15:03
“Turan Tovuz”un 50-ci məğlubiyyəti
-
14:49
Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu
-
14:24
“Neftçi”nin səfərdə 700-cü qolu
-
13:51
"Real" 3 xalı 4 qolla qazandı VİDEO
-
13:17
Nuriyevin komandası "Ferentsvaroş"la heç-heçə etdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:32
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
-
12:06
"Latsio" "Yuventus"u darmadağın etdi VİDEO
-
11:48
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
-
11:25
Elvin ehtiyatda qaldı, klubu uduzdu
-
10:53
"Milan" - "Atalanta" matçında 5 qol VİDEO
-
10:39
Draqolyub Saviç: “Bu iki oyun göstərdi ki, biz çempion ola bilərik”
-
10:14
"Arsenal"dan sonda sevindi VİDEO
-
09:41
Zamiq oynamadı, komandası 3 xal qazandı
-
09:27
"Mançester Yunayted" səfərdə büdrədi VİDEO
-
09:00
Krivotsyukun komandasından əzmkar qələbə
20.10.2026
19.10.2026























