24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Portuqaliya yığmasından "Bakı"ya təşəkkürlər

 

23-24 mart 2013-cü il tarixlərində "Bakı" futbol klubunun təlim-məşq bazasında hazırlıq keçən Portuqaliya milli komandasının üzvləri yaradılan yüksək şəraitə görə klub rəhbərliyinə təşəkkürlərini bildirdilər. Futbolxeber.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, 26 mart 2013-cü il tarixdə FİFA 2014 Dünya Çempionatının seçmə oyununda Azərbaycan yğıma komandası ilə qarşılaşacaq Portuqaliya milli komandasının futbolçuları və rəhbərliyi klub bazasına gördüklərindən məmnun qaldıqlarını və bir Azərbaycan klubunun belə bir şəraitə malik olduğunu gözləmədiklərindən təəccübləndiklərini ifadə ediblər.
 
Portuqaliya Futbol Federasiyasının prezidenti Fernando Suares Qomes icraçı direktor Yaşar Seyidova xatirə plaketi təqdim edərək, qonaqpərvərlik və yaradılan ideal şərait üçün şəxsi təşəkkürlərini klubun prezidenti Hafiz Məmmədova çatdırılmasını xahiş edib. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31