14 Fevral 2026, Şənbə
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi
Anatoli Nuriyev “Zirə”də
Sedrik Badolo rəsmən "Sumqayıt"da

Minifutbol

Ölkə prezidenti Mehriban Əliyevanı belə mükafatlandırdı

Xəbər verdiyimiz kimi, dünən “Bulvar” otelində Birinci Avropa Oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Çıxış edən Prezident Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb: “Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu...”.

Çıxışından sonra İlham Əliyev Mehriban Əliyevanın Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edib.

Mehriban Əliyeva da öz növbəsində İlham Əliyevə təşəkkürünü bildirib:  “İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28