Minifutbol
“Bakı”nın evini kim yıxdı?
Həftə arası ölkə kubokunda finalçılar müəyyənləşdi. Həlledici qarşılaşmada əzəli rəqiblər – “Neftçi” və “Xəzər Lənkəran” qarşılaşacaq. Halbuki ilk oyunlardan sonra finalda “Bakı” ilə “Qarabağ”ın görüşəcəyini proqnozlaşdıran daha çox idi. Xüsusən də “Bakı”nın finala yüksələcəyi gözlənilirdi. Çünki paytaxt klubu ilk yarımfinal oyununda Lənkəran təmsilçisini təkcə hesaba görə deyil, həm də oyun komponentlərində üstələmişdi. Amma cavab oyunu tam başqa məcrada keçdi.
Gözlənilənin əksinə olaraq, “Xəzər Lənkəran” “Bakı”nı “məhv etdi”. Bəli, məhz məhv etdi. Çünki bunun başqa adı yoxdur. Hər nə qədər paytaxt klubunun rəsmiləri yenilgiyə görə matçın baş hakimi Elçin Məmmədovu qınasalar da, “Xəzər Lənkəran” layiqli qələbə qazandı. Günahı başqasında axtarmaq lazım deyil. Məmmədovu qınaqdansa, bəh-bəhlə gətirdiyiniz Cavid Hüseynovdan soruşun ki, 3-4 metrdən niyə qapını dəqiq nişan ala bilmir? Əgər, Hüseynov həmin əlverişli epizodda fərqlənsəydi, böyük ehtimalla, finala “Bakı” yüksələcəkdi, “Xəzər Lənkəran” yox. Bəs, görəsən, “Bakı” nəyə görə Lənkəranda bu qədər aciz görünürdü?
Bunun bir çox səbəbləri var. Amma fikrimcə, “Bakı”nın kubokla erkən vidalaşmasının 1 nömrəli günahkarı komandanın baş məşqçisi Bojidar Bandoviçdi. Oyunu məhz Bandoviç uduzdu. Onun ilk səhvi Kamran Ağayevi ehtiyatda oturması idi. Halbuki son oyunlarda Bandoviç məhz yığmamızın “1 nömrə”sinə daha çox şans verirdi. İnsafən, Kamran da işinin öhdəsindən pis gəlmirdi. Amma Bandoviç baş verə biləcək hər hansı bir xoşagəlməz olaydan qaçmaq üçün Kamranı ehtiyatda oturtdu. Bunun da acısını Ağabala Ramazanov hesabı açarkən çəkdi. Hər kəs gördü ki, həmin epizodda Nuredinoski açıq-aşkar səhvə yol verdi. Bir sözlə, Bandoviç hələ oyundan öncə uduzmuşdu. Onun Karmanı ehtiyatda oturtması psixoloji yenilgi idi. Yaxşı yadımdadır, 2010-cu ildə ölkə kubokunun finalında baş verən məlum olaylardan sonra 2010/11 mövsümün ilk dövrəsində “Bakı” Lənkərana səfər edirdi. Həmin oyuncöncəsi ajiotaj böyük idi. Bu oyundan 2 tur əvvəl isə “Neftçi” Lənkərana səfər etmişdi. Mümkün qalmaqaldan qaçmaq üçün paytaxt klubu Lənkəranda məhz “Xəzər Lənkəran”ın avtobusunda dolaşırdı. Həmin vaxt mütəxəssislər bunu qəbuledilməz hal olduğunu bildirərək, “Neftçi”nin hələ oyundan öncə bu addımı atmaqla “Xəzər Lənkəran”a uduzduğunu bildirirdilər. “Neftçi” kimi “Bakı”nın da eyni addımı atacağı, Lənkəranda məhz meydan sahiblərinin avtobusunda dolaşacığını iddia olunurdu. Amma “zolaqlılar” heç nədən çəkinməyərək səfərə öz avtobuslarında yollandılar. Oyundan öncə psixoloji üstünlük qazanan “Bakı” yekunda da oyunun gedişində 10 nəfər qalmasına və uduzmasına baxmayaraq, çətin Lənkəran səfərindən 1 xalla dönməyi bacarmışdı. Amma bu dəfə hər şey əksinə oldu və Bandoviçin Kamranı ehtiyata göndərməsi psixoloji üstünlüyü rəqibə verdi.
Mövsüm başlayanda dəfələrlə Bandoviçin “Bakı”ya uyğun məşqçi olmadığını yazıb, istefaya göndərilməli olduğunu qeyd etmişdim. Amma qışdan sonra hər kəs “Bakı”nın sürət yığdığını, nə bilim, Bandoviçin komandanı tanımağa başladığını deyirdi. Əslən çernoqoriyalı mütəxəssis özü də son oyunların birindən sonrakı mətbuat konfransında “mən səbrli adamam” deyərək, lovğalanmışdı. Amma son oyun Bandoviçin əsl gücünü ortaya qoydu. “Bakı”nın qışdan sonrakı uğurlu çıxışını Bandoviçin adı ilə bağlayanlar yanılırlar. Komandanın uğurunda futbolçuların və rəhbərliyin rolu var idi. Komandaya kifayət qədər yaxşı futbolçular cəlb olundu və məhz onlar “Bakı”nın həm ilk “altılığ”a, həm də 1/2 finala kimi irəliləməsində başlıca rol oynadılar. Amma “Xəzər Lənkəran”la mühüm oyun öncəsi Bandoviçin qəbul etdiyi yersiz qərarlar komandanın axırına çıxdı.
“Xəzər Lənkəran” finala yüksəlməsində Toşakın rolunu danmaq insafsızlıq olardı. Uelsli mütəxəssis komandanı oyuna lazımı səviyyədə hazırladı. Eləcə də futbolçuları oyuna istənilən səviyyədə motivasiya etməyi bacardı. Bu, həm də ölkəmizə gəldiyi ilk gündən bəzi boşboğazlar tərəfindən yersiz tənqidlərə məruz qalan Toşakın Azərbaycandakı ilk qələbəsi idi. Uzun sözün qısası Toşak Bandoviçi, “Xəzər Lənkəran” da “Bakı”nı tam üstələyərək, finala adladı.
“Atletiko”nun ayağı “Bakı”ya heç düşmədi. Təm-təraqla ölkəmizə gətirilən, milyonlarla avronun qarşılığında “Tofiq Bəhramov” da meydana çıxacaq Madrid təmsilçisi “Bakı”nın “nastroeniya”sız vaxtına düşdü. Amma əhval-ruhiyyə, kubok, bunlar hamısı boş şeydi. Əsas odur ki, “Atletiko”, Falkao, Arda Turan Bakıya gəlir. Kuboku sabah da qazanmaq olar. Amma həmin ulduzları sabah da görəcəyimizə heç kim təminat verə bilməz. “Bakı” rəhbərliyinin başı son vaxtlar Madrid klubunun səfərinə yaman qarışıb. Buna görə də finala çıxmamaq bir yandan yaxşı oldu. Yoxsa ki, bu oyuna hazırlaş, oyunu yola ver, sonra “Atletiko” getsin, başla kubokun finalına hazırlaşmağa. Olmaz axı, bəs istirahət?
Şahin ZÜLFÜQAROV, “Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























