9 May 2025, Cümə
"Qəbələ" və "Difai" qələbə qazandı
AFFA bu klublara lisenziya verdi
34-cü turun hakim təyinatları
II Liqada 24-cü tura yekun vurulub

Minifutbol

Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının nümayəndə heyəti - Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər.

Futbolxeber.az saytının məlumatına görə, rəsmilər Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ardından Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qeyd edək ki, mayın 29-da start götürən dünya çempionatı iyunun 4-də başa çatacaq. Dünya Taekvondosunun 50, Ümummilli liderin 100 illiyinə təsadüf edən mundialda 145 ölkədən 949 idmançı mübarizə aparır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31