9 May 2025, Cümə
“Neftçi”nin zərəri kəskin azalıb
"Qəbələ" və "Difai" qələbə qazandı
AFFA bu klublara lisenziya verdi
34-cü turun hakim təyinatları

Minifutbol

İnfantino "Qarabağ"ı təbrik etdi

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla "Qarabağ" Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə AFFA-nın saytı açıqlama yayıb.

"Hörmətli prezident, “Qarabağ” FK-nı 2022/2023-cü illər mövsümündə Azərbaycanın çempionu olması münasibətilə böyük məmnuniyyətlə təbrik edirəm!

Bu titul komandanın zəhməti, ehtirası və fədakarlığı olmadan əldə edilə bilməzdi. Klubdakı hər kəslə fəxr edə bilərsiniz. Bu böyük nailiyyətdə əməyi keçən hər kəsə mənim təbriklərimi çatdırın.

Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropada futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm.

Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm" - məktubda bildirilib.

Qeyd edək ki, "Qarabağ" bu mövsüm tarixində 10-cu dəfə ölkə çempionu olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31