Minifutbol
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində doğulub.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.
1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.
1966-cı ildə Moskvada DTK-nın F. E. Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.
Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Azərbaycanda "Heydər Əliyev İli" qeyd olunur.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”ın yalanı: Sekidika özü “Neftçi”yə keçmək istəyib
- “Sabah” - “Kəpəz” oyunundan sonra dava - EKSKLÜZİV
- Zaur Axundov: “Qoymaram kimsə “Araz-Naxçıvan”ın haqqına girsin”
- “Araz-Naxçıvan” “Kəpəz”in futbolçusu ilə güclənir - EKSKLÜZİV
- Ponomaryov Adıgözəlovu qəzəbləndirib
- AFFA-nın növbəti biabırçılığı: UEFA layihəsi çərçivəsində torsuz qapılar
- Bir alqış da PFL-ə
- Andrade: “Bu, bizim arzumuzdur”
- “Neftçi” üçün SOS
- Azərbaycan Premyer Liqasında ayın ən yaxşı qolu seçildi
- Qara Qarayev: “Mənə görə, bu, penaltidir”
- Gündəmi dəyişən foto - QEYD
- Millimiz Xorvatiyaya məğlub oldu
- Elvin Bədəlov: “Ola bilər, prinsipiallıq məşqçilər arasındadır, bizə aidiyyəti yoxdur”
- Azərbaycan futbolunun ümid yeri
-
18:33
Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo turniri keçirilib
-
18:16
Azərbaycan idmançıları Avropa çempionatında 6 medal qazanıblar
-
17:45
Qadın şahmatçılardan ibarət millimiz Avropa çempionatının hazırlığına başlayıb
-
17:22
Aerobika gimnastikası üzrə 9-cu Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb
-
16:51
Azərbaycanın veteran ağırlıqqaldıranlarından 4 medal
-
16:34
AFFA bu klublara lisenziya verdi
-
16:08
Karyerasında 4-cü dəfə “El Klassiko”nu idarə edəcək
-
15:49
AFFA-dan qadın məşqçiyə 5 oyunluq cəza
-
15:17
"Sumqayıt"ın üzvləri Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında FOTOLENT
-
14:53
Azərbaycanın millisi Avropa Kubokunda iştirak edəcək
-
14:26
Azərbaycan velosipedçiləri Astanada yarışacaqlar
-
14:00
Latviya - Azərbaycan oyunu 7 avroya
-
13:45
Mahir Emreli Bundesliqa klubuna keçə bilər
-
13:04
34-cü turun hakim təyinatları
-
12:52
AFFA iki futbolçunu 4, bir məşqçini isə 5 oyunluq cəzalandırıb
-
12:31
Sabiq klubu Kvaratsxeliyanı təbrik etdi
-
11:48
22 yaşlı hücumçu “Arsenal”ın hədəfində
-
11:19
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:57
Ərtoğrul Sağlam: “Azərbaycandan təklif almışdım”
-
10:23
Çempionlar Liqası: “Qarabağ” mübarizəyə ikinci mərhələdən başlayacaq
-
10:06
"Turan Tovuz" - "Neftçi" oyununun biletləri satışa çıxıb
-
09:45
ÇL-də ikinci finalçı PSJ oldu VİDEO
-
19:00
II Liqada 24-cü tura yekun vurulub
-
17:59
Özbəkistan və Gürcüstan boksçuları Bakıda toplanış keçirlər
-
17:13
Dünyada "Lommel", Azərbaycanda "Şamaxı"
-
16:44
Azərbaycan yığması Qaxda toplanışa başlayıb
-
16:07
Azərbaycanın yeniyetmə paraüzgüçüsü şəxsi rekordunu yeniləyib
-
15:52
“Heydər Əliyev Kuboku”nun püşkü atılıb
-
15:35
Üzgüçülük Federasiyasının rəsmiləri Rumıniyada görüş keçiriblər
-
15:21
Azərbaycan cüdoçuları Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar
-
14:48
Ayan Xankişiyeva ilkə imza atıb
-
14:16
De Bruyne bir şərtlə “Mançester Siti”də qalmağa hazırdır
-
13:53
İngilis hücumçu “Barselona”ya keçir?
-
13:39
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
13:04
Dünya Qadın Seriyası: Bakı mərhələsinin bütün iştirakçıları müəyyənləşib
-
12:42
AFFA bu komandaya texniki məğlubiyyət verdi
-
12:27
AFFA-dan 2 futbolçuya 4 dörd oyunluq cəza
-
12:15
“Neftçi” və “Zirə”nin futbolçuları 2 oyunluq cəzalandırıldı
-
11:51
Momo Yansane: “Kəpəz”ə mütləq qalib gəlməliyik”
-
11:33
Xankəndi stadionunda təmir-bərpa işləri intensivləşib
-
10:46
Vlahoviç “Yuventus”u Premyer Liqa klubuna dəyişə bilər
-
10:29
22 yaşlı afrikalı “Qalatasaray”ın hədəfində
-
10:14
Azərbaycanın iki güləşçisi Türkiyədə keçirilən yarışda medal qazanıb
-
09:52
Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb
-
09:30
Milanda fantastik gecə VİDEO
-
22:29
Krivotsyukun komandası məğlubiyyətdən qaçdı
-
22:15
“Qusar” - “Ağdaş” matçında 3 qol VİDEO
-
20:36
“Kəpəz”də yeni təyinat
-
19:57
"Şəmkir" və "Ağdaş" qələbə qazanıb
-
18:04
“Nürnberq” rəsmisi: “Fədakarlığına görə Mahirə təşəkkür edirik”