13 May 2025, Çərşənbə axşamı
Vaqif Cavadov istefaya göndərildi
XXXV turun oyun cədvəli açıqlandı
Qurban Qurbanovdan qələbə şərhi
“Kəpəz” və “Qarabağ” qalib gəldi

Minifutbol

"Qalatasaray"ın prezidentindən Azərbaycana təşəkkür

"Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirdikləri xeyriyyə matçına görə Azərbaycana təşəkkür edib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı İstanbul təmsilçisinin tviter hesabında klub rəhbərinin adından təşəkkür məktubu paylaşılıb:

"Qardaş ölkə Azərbaycanın seçilən komandası "Qarabağ"la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan "Qarabağ"ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram".

Xatırladaq ki, "Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi matçdan əldə olunan bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31