Ölkə futbolu
“Araz-Naxçıvan”ın qapıçısı: “Biz məgər üçüncü yeri təmin etmək istəmirik?”
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzdunuz. Ağdam klubu ilə görüşdə xal qazanmağınıza nə mane oldu?
- Bəzən oyundan dərhal sonra matçı dəyərləndirmək çətin olur. Təbii ki, məğlubiyyət üzücüdür. Bəzi epizodlarda daha diqqətli olmaq lazımdır. İkinci hissədə öz oyunumuzu göstərməyə çalışdıq. Bir-iki qol epizodumuz da oldu. Dəyərləndirə bilmədik. 0:2-dən sonra da təslim olmadlıq. Lakin nəticəni dəyişmək mümkün olmadı. Səhvlərdən nəticə çıxarmağa və məqsədimizə çatmağa çalışmalıyıq.
- Baş məşqçi Elmar Baxşıyev oyunsonrası mətbuat konfrasında istisna etmədi ki, “Turan Tovuz”un “Neftçi”yə məğlubiyyətindən sonra komandada arxayınçılıq yaranıb...
- Mən baş məşqçimizin fikirlərini şərh edə bilmərəm. O, daha yaxşı bilir. Bəli, arxayınçılıq ola bilər. İstər-istəməz “Turan Tovuz”un məğlubiyyəti üzərimizdə təzyiqi azaldır. Lakin biz peşəkarıq, meydana çıxıb öz işimizi görməliyik.
- Razısınız ki, bu, cari mövsüm “Qarabağ”a qarşı ən zəif oyununuz idi?
- Ola bilər bu, sizin futbola baxışınızdır. Mənə görə komanda heç də pis oynamadı. Hücumlar qurmağa çalışırdıq. Bəlkə də əvvəlki oyunlardan fərqli olaraq bir qədər intensivlik çatışmırdı. İndiki məqamda əsas bərpa olmaq və səhvlərdən nəticə çıxarmaqdır. Çox yaxşı məqçilər korpusumuz var. Onlar hər zaman bizi düzgün yönləndirməyi bacarırlar.
- Nəhayət gələn tur “Şamaxı” ilə matçda “Araz-Naxçıvan” bürünc medalı təmin edə biləcək?
- Biz məgər üçüncü yeri təmin etmək istəmirik? Bunu “Qarabağ”la oyunda da reallaşdırmaq istəyirdik. Yaxud “Şamaxı” məgər zəif rəqibdir?
- Mən demirəm istəmirsiniz, ya da “Şamaxı” zəifdir. Sadəcə rəqibin turnir cədvəli baxımından heç bir iddiası yoxdur, siz isə bürünc medal qazanmağa çalışırsınız. Hər halda da “Şamaxı” ilə matçda da xal almayandan sonra necə avrokuboklara iddia edə bilərsiniz?
- Anlayıram. Əslində biz daha əvvəldən bürünc medalı təmin etməliydik. Lakin futbol riyaziyyat deyil ki, deyək 1+1 ikiyə bərabərdir. Canlı insanlarıq, emosiyalar var. Bura nə istəsəniz, əlavə edə bilərsiniz. Deyə bilmərik “Şamaxı” ilə matçda xal artıq cibimizdədir. Yaxud meydana çıxanda bizi asan gəzinti gözləyir. Xeyr. Hər bir halda səfərə qələbə üçün yollanacağıq.
- Mövsümün sonunda müqaviləniz bitir. Sizi yeni mövsümdə də “Araz-Naxçıvan”da görə biləcəyik?
- Açıq danışacağam. Bəli, müqaviləm bitir. Amma bu barədə klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar. Hər şey mümkündür.
- Belə çıxır ki, hələ yeni sözləşmə barədə təklif almamısınız?
- Bu barədə ən dəqiqini rəhbərlik bilir. Bəlkə də yeni müqavilə imzalamışam, bəlkə də yox.
- Axı dediniz açıq danışacağam...
- Açıq dedim ki, rəhbərlikdən bu barədə soruşun. Onlar sizə daha dəqiq cavab verərlər.
- Yəqin ki, yeni müqavilə imzalamamısınız. Çünki imzalasaydınız, klub açıqlayardı. Necə ki, bir neçə gün əvvəl İqor Ribeyro ilə sözləşmənin uzadılması barədə klubun mətbuat xidməti xəbər yaydı...
- İqorla danışıqlar bir qədər intensiv oldu. Bəlkə də klub lazımi anı gözləyir.
- Onda yəqin bürünc medalın təmin olunmasını gözləyirlər...
- Bir söz deyə bilmərəm (gülür).
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
11:00
Dünya çempionatı: Zelim Kotsoyev qələbə ilə başladı
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
10:00
Azərbaycan kubokunda I mərhələyə yekun vurulur
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
09:20
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” ən yaxın izləyicisinə qarşı
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
09.10.2026
08.10.2026
07.10.2026
06.10.2026
























