9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

U-21 millimiz iki yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 26-dan iyunun 9-dək keçirəcəyi təlim-məşq toplanışında 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Futbolxeber.az saytının məlumatına görə, U-21 mayın 26-dan iyunun 2-dək Bakıda, iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə, iyunun 6-dan 9-dək isə yenidən Bakıda hazırlıq keçəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Milli əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək.

Komanda iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31