17 Aprel 2026, Cümə
XXVIII turun hakim təyinatları
Kukseviç: "Oyunumuzdan razı qaldım"
Millimiz yenə qazaxlara uduzdu
Hacı Əliyev mayor rütbəsi aldı

Ölkə futbolu

Vaqif Cavadov istefaya göndərildi

“Sumqayıt” baş məşqçi Vaqif Cavadovla yolları ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.

Qeyd edilib ki, V.Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 15 dəfə məğlub olub.

Hazırda komanda Premyer Liqada 34 oyundan 30 xalla 10 komanda arasında 9-cu yeri tutur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30