26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

“Turan Tovuz” orta məktəbin qonağı oldu

Bu gün "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov, akademiyanın koordinatoru Rasim Əliyev, əsas komandanın futbolçuları Kamal Bayramov, Cavid Tağıyev, Piruzi Marakvelidze, Natan Oduva və Ayxan Hüseynov Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin qonağı olublar.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, rayonunun ən qabaqcıl və müasir məktəblərindən olan Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev, müəllim və şagird heyəti  komandanı yüksək səviyyədə qəbul edib.

Sinif otaqlarını, məktəbdəki şəraitlə tanış olduqdan sonra, şagirdlərlə futbolçular arasında mini oyun keçirilib. Şagirdlərin əl işləri maraqla qarşılanıb. Daha sonra akt zalında görüş təşkil edilib. Məktəbin direktoru Nüsrət Quliyev komandanı salamlayaraq uğurlar arzu edib. Baş məşqçi Ayxan Abbasov, futbolçular yüksək qonaqpərvərliyə görə məktəb rəhbərliyinə, müəlim və şagird heyətinə  təşəkkürlərini bildiriblər, komanda haqda ətraflı məlumat veriblər.

Sual-cavab hissəsindən sonra N.Quliyevə  klubun artibutları təqdim edilib. Məktəbin nümunəvi və əlaçı şagirdlərindən olan Nigar Qasımova əl işini, çəkdiyi rəsmi Ayxan Abbasova hədiyyə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30