24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

UEFA reytinqi: “Real” 1-ci, “Qarabağ” 69-cu

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçilərimiz arasında ən yaxşı nəticə 69-cu pillədə olan “Qarabağ”a məxsusdur.

Ağdam kubu “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), “Nyukasl” (İngiltərə) kimi kollektivləri qabaqlayb. Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda “Qarabağ”ın hesabında 32,000 xal var.

Azərbaycanın digər klublarından "Neftçi" (8,000 xal) 187-ci, "Zirə" (4,000 xal) 318-ci, "Sabah" (4,000 xal) 319-cu, "Sumqayıt" (4,000 xal) 323-cü, "Qəbələ" (3,000 xal) 337-ci, əvvəllər "İnter" və "Keşlə" adları ilə fəaliyyət göstərmiş "Şamaxı" (2,500 xal) isə 338-ci yerdədir.

Qeyd edək ki, Avropanın 427 klubunun yer aldığı siyahının ilk pilləsində 143,500 xalla İspaniya təmsilçisi "Real" qərarlaşıb. İngiltərədən "Mançester Siti" (137,750 xal) ikinci, Almaniyadan "Bavariya" (135,250 xal) üçüncüdür.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31