22 Mart 2026, Bazar günü
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Etopaz

"Keşlə" baş məşqçi dəyişikliyi

"Keşlə" baş məşqçini dəyişir. Klubdan Futbolxeber.az saytına bildirilib ki, ukraynalı mütəxəssis Yuri Maksimov mövsümün sonuna qədər komandanı çalışdıracaq.

Buna qədər baş məşqçi kimi fəaliyyət göstərən Ramiz Məmmədov isə əvvəlki - əvəzedicilərlə iş üzrə koordinator vəzifəsinə qaytarılacaq.

49 yaşlı Y.Maksimovla gələn həftə müqavilə imzalanacağı gözlənilir. Ukraynalı mütəxəssisin qarşısına Avropa Liqasına vəsiqə qazanmaq tapşırığı qoyulacaq.

Qeyd edək ki, Y.Maksimov müxtəlif vaxtlarda "Dinamo" (Minsk), Ukraynanın ÇSKA, "Obolon", "Krivbass", "Metallurq" (Donetsk), Rusiyanın "Mordoviya" komandalarını çalışdırıb. Onun son iş yeri Qazaxıstan "Taraz" komandası olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31