2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Ölkə futbolu

“Qarabağ” “Simurq”la oyuna tam heyətlə hazırlaşır

“Qarabağ” hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın XXIII turunda “Simurq”u qəbul edəcək Ağdam təmsilçisi “Rəvan”la ayın 19-da baş tutan (2:0) sonuncu görüşdən sonra dərhal hazırlıqlara başlayıb. “Qarabağ” günün yeganə çalışmasına 16:00-da çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 90 dəqiqə davam edib.

“Qarabağ”ın hazırlığında bütün futbolçular iştirak edib. Ötən turu zədə səbəbindən buraxan Reynaldo artıq komandayla məşq edir. Fevralın 8-də “Qəbələ”ylə oyunda sıradan çıxan Admir Teli isə fizioterapevt nəzarətində çalışır.

Qeyd edək ki, “Qarabağ” - “Simurq” oyunu fevralın 23-ü, bazar günü saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31