29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

“Monako” - “Lans” oyunu Bakıda keçirilə bilər

Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində baş tutacaq “Monako” - “Lans” oyunu Bakıda keçirilə bilər. Qol.Az-ın xəbərinə görə, bu məsələni “Lans”ın sahibi, “Bakı”nın prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə sonuncunun ölkəmizə səfəri zamanı müzakirə edib.
 
“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “Futbol +” qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hər iki şəxs arasında yaxşı münasibətlər var: “Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. “Monako” - “Lans” matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır”.
 
Y.Seyidov bildirib ki, yalnız bu qərardan sonra oyun ölkəmizdə keçirilə bilər. Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb.
 
Qeyd edək ki, Fransa kubokunun 1/4 final mərhələsi bir qarşılaşmadan ibarətdir. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31