Ölkə futbolu
Axırıncı yoldakı Tahir Süleymanov (YAZI)
Dən-duman çəkilib getdi. Lənkəranda keçirilən növbəti “Böyük oyun”da və onun ətrafında baş verənləri indi daha aydın görmək mümkündü. Ətraf aydınlanınca, ortada yenə birisi görünür. Gündən-günə daha aydın görünən bu kölgəni tanınmamaq mümkünsüz. Tahir Süleymanovu kim tanımır ki?
Süleymanov yenə öz ampluasındadı. Maaş aldığı klub xal itirincə hay-küy salır, faktları təhrif edir, qərəzini gizlədə bilmir, şantaja belə əl atır. Adamın bu bacarığını hətta futboldan məlumatı olmayanlar da yaxşı bilirlər.
Hər “Böyük oyun”dan öncə, matç zamanı və sonra bir para dadsız olaylar yaşanır. Fərq etməz, derbi istər Lənkəranda olsun, istərsə də Bakıda. Sonuncu da istisna deyildi. Oyundan bir gün əvvəl “Neftçi”nin otelin həyətindəki avtobusuna daş atılır, klubun əmlakına ziyan dəyir. Daş pəncərəyə dəyməmiş Tahir Süleymanov bunu vandalizm kimi qələmə verir, az qala BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını tələb edir.
Tamam, rəqibin avtobusunu daşlayana bəraət ola bilməz. Bəs, Azərbaycan kubokunun finalında “Neftçi”nin rəsmisi Güloğlan Cabbarov rəqib oyunçuları şil-küt edəndə, yumruq və təpiklə böyük bir tərbiyəsizliyə imza atanda həmin bu Tahir Süleymanov niyə yaxasına “Vandalizm rəqabət deyil” şüarı asıb qəzet və sayt redaksiyalarını, telekanalları gəzmirdi? Həqiqət carçısı, vicdan mücəssəməsi kimi özünü təqdim edən Süleymanov təkcə “Neftçi”nin deyil, bütün Azərbaycan futbolunun adına ləkə vuran, barəsində cinayət işi açılan həmin şəxslə Albaniyaya uçmağa niyə razılaşır, beləsinin törətdiyi əmələ etiraz etmirdi? Baş vermiş vandalizmə qarşı sinəsini niyə qabağa vermirdi? Hə, yadıma düşdü, Tahir Süleymanov hakim olduğu illərdə yanlış qərarlar üzündən sinəsindən çox zərbə aldığından indi artıq başqa yerini qabağa verir...
Lənkəran stadionunda qatı duman olsa da, Mahir Şükürovu görən az qala hər bir azarkeş onun ünvanına söyüş səsləndirirdi. Təbii ki, bu heç də alqışlanan hərəkət deyil. Azarkeş arenaya kimisə söyməyə yox, futbola baxmağa gəlir. Amma bir məsələ var. Camaat niyə məhz Mahir Şükürovu söyür? Bir zamanlar “Xəzər Lənkəran” formasını geyinən, lakin indi müxtəlif klublarda top qovan xeyli futbolçu var. Götürək elə həmin gün meydanda olan Denis Silvanı. Braziliyalı da əvvəllər “ağ-yaşıl” forma geyinirdi. Əzəli rəqibin heyətinə keçəndən dəfələrlə “Fırtınalar meydanı”nda oyuna çıxıb. Bəs niyə lənkəranlı azarkeşlər Denisi bir dəfə də söyməyiblər, yoldaş Süleymanov? Cənublu fanatlar “ağ-qaralar”ın heyətindəki Tərlan Quliyevin, Cavid İmamverdiyevin, törətdiyi yol qəzasında insan ölümünə bais olan Araz Abdullayevin ünvanına niyə söyüş yağdırmırlar?
Bu mövsüm əzəli rəqiblərin Bakıda, 8-ci kilometr tərəflərdə keçirilən oyunu yəqin ki, Süleymanovun yadında qalıb. Qarşılaşmanın əvvəlində “Neftçi”nin kapitanı Rəşad Sadiqovun “Xəzər Lənkəran”ın baş məşqçisi, dünya futbolunda ad qoymuş Con Toşaka necə söyüş söydüyünü hamı eşitdi. Hamıya əxlaq dərsi keçən Tahir Süleymanov kapitanın bu tərbiyəsizliyinə niyə etiraz bildirmədi? Deyəsən, əxlaq məsələsi, mentalitet, böyük-kiçik yeri bilmək ancaq Lənkərana gələndə Tahir müəllimin yadına düşür.
Keçmiş FİFA referesi elə həmin oyunda “Neftçi”nin oyundankənar vəziyyətdən qol vurduğunu niyə bir dəfə də etiraf etməyib? Söhbəti hakimlik məsələsinə nahaqdan gətirmədim. Klubu xal itirən kimi Tahir əfəndi hakim qərəzindən danışır. Hər dəfə də sözündən belə çıxır ki, Azərbaycanda futboldan sorumlu bəzi şəxslər “Neftçi”nin çempion olmasına mane olurlar. Bunun üçün az qala Nikaraqua Milli Cəbhəsi, Zimbabve Azadlıq Hərəkatı və Cibuti Evsiz Sənayeçilər Dərnəyi ilə əlbir olublar. Tahir müəllim, “Neftçi”nin hansı rəsmilərin və hakimlərin köməyi ilə müxtəlif illərdə necə çempion olduğunu Nikaraquada, Zimbabvedə və Cibutidə yaşayanlar eşitməsə də, bizim azarkeşlər yaxşı bilirlər.
Yenə qayıdaq hakim məsələsinə. Tahir Süleymanovun maaş aldığı klub azarkeşlərə son “Böyük oyun”da hakim səhvlərini guya ifşa edən video-çarx təqdim edib. Materialın əvvəlində kadrda “Fırtınalar meydanı” görünür və titrdə Mahir Şükürovun təhqir olunduğu yazılır. Başa düşmürəm, bu kadrın hakim səhvinə nə dəxli? Süleymanov hakim maaşı aldığı illərdə də stadionlarda söyüşün biri təqribən bir qəpiyə idi. Görəsən, Tahir əfəndi azarkeşlərin söyüş söydüyü neçə matçı yarımçıq saxlayıb və ya neçə azarkeşə qırmızı vərəqə göstərib? Lütfən, statistikanı klubunun saytında yerləşdirə bilərmi?
Tahir müəllim son açıqlamalarında AFFA rəhbərliyini Lənkərandakı “Böyük oyun”a getməməkdə qınayır. Hətta konkret adlar da çəkir. Bəli, “Neftçi” də daxil olmaqla bir neçə kluba eyni cibdən pul ayıran AFFA həmin oyunda rəhbərlik səviyyəsində təmsil olunmalı idi. Amma və lakin Süleymanov niyə AFFA prezidenti Rövnəq Abdullayevin adını çəkmir? Hə, tamam unutmuşdum, xatırladım. Ötənlərdə birisi AFFA başqanının adını lazımsız yerə hallandırmışdı, axırı nə oldu? Müsahibədən sonra aftafanı ona həvalə etmədilər.
Çən-duman çəkilib gedən məmləkətimizin hər bölgəsi, rayonu, kəndi gözəldi. Bütün Azərbaycanda olduğu kimi, Lənkəranda da böyük-kiçiyə hörmət, ehtiram var. Xoş niyyətlə gələn qonağın üzünə hər bir qapı açıqdı. Lənkəranlılarda yaxşı bir ifadə var, aranı qarışdıran, haqsızlıq edən, şər atan adam haqqında deyirlər ki, filankəs özünü lap axırıncı yola qoyub.
Futbol idmanın şahıdı. Sənin çalışdığın klub çempion da ola bilər, axırıncı yerdə də gedə bilər. Əsas odur ki, insan axırıncı yolda olmasın...
Etibar CƏBRAYILOĞLU, “Het-trik news”
|
bizim futbol bele bunlara gore duzelmir ireli getmir de Turan 2-3 Neftci qarwilsmsinda fasilede 2-0 olarken hakimleri ve turanin 4 futbolcusu ile daniwib oyunu almiwdilar en boyuk futbol duwmenidi o ermeni di
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- II turun hakim təyinatları açıqlandı
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
13:34
Taekvondo üzrə gənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
-
13:01
Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
-
12:47
"Qarabağ"ın "Xaric segah"ı...
-
12:15
Fatih Tekke istefa verdi, rəhbərlik qəbul etmədi
-
11:53
Litva səfirindən "Qarabağ"a dəstək
-
11:28
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
-
11:00
“Sumqayıt”ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib FOTOLENT
-
10:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
"Neftçi" Zirə səfərinə hazırlaşır FOTOLENT
-
10:19
"Riad Rəfiyevi xüsusi qeyd etmək istərdim, o, məni tapdı və Azərbaycana gətirdi”
-
09:54
Tahir Gözel: “Səhvlərimizdən dərs alacağıq”
-
09:41
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
00:37
Mahir Emrelinin qolu “Rakuv”a bəs etmədi
-
00:25
“Tvente”nin baş məşqçisi: “Qarabağ”ı çox yaxşı təhlil etmişdik”
-
00:03
Qurban Qurbanov: “Artıq itirəcək heç nəyimiz yoxdur”
-
22:49
"Qarabağ" "Tvente"yə məğlub oldu
-
22:00
“Qarabağ”dan ardıcıl iki transfer
-
21:11
ÇL: "Sabah"ın rəqibləri müəyyənləşdi
-
19:56
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
-
19:45
“Karvan-Yevlax”dan növbəti transfer
-
19:07
Millimizin qapıçısısı Türkiyə klubunda
-
18:38
"Gəncə"dən iki yeni transfer
-
17:43
“Qarabağ”ın sabiq futbolçusu I Liqa klubunda
-
17:29
"Beşiktaş"da yeni hücumçu
-
16:54
Millimizin üzvü klubu ilə müqavilə müddətini uzadıb
-
16:12
Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar
-
16:00
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
-
15:41
Prezident İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
-
14:26
"Fənərbaxça"nın qapıçısı "Barselona"da
-
13:57
"Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
-
13:05
Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində iştirak edəcəklər
-
12:38
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
-
11:23
Azərbaycan "Böyük Dəbilqə"də 14 cüdoçu ilə təmsil olunacaq
-
10:49
Mbappenin het-triki "Real"a qələbə qazandırdı VİDEO
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində VİDEO
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
-
17:56
Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq
-
17:12
“Şəfa”ya texniki məğlubiyyət verildi
-
16:35
Perin “Yuventus”dan getdi
-
16:04
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib
-
15:41
“Mançester Siti”dən növbəti transfer
-
15:27
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
28.08.2026
27.08.2026
26.08.2026
























