Ölkə futbolu
NEFTÇİ İLƏ TRAXTORÇU (Yazı)
Təbrizin “Traxtursazi” futbol klubu ilk dəfə İran Kubokunu qazandığına görə bütün azərbaycanlılar bayram içindədir. Niyə də olmasın? Biz də sevinirik. Necə olsa bir Təbriz klubu bir kubok alıb və Asiya Çempionlar liqasında İranı təmsil edəcək. Görünür Azərbaycanın quzeyində yaşayanlar kimi, güneyindəkilər də futbolda nadir hallarda uğur qazandıqlarına görə bu cür qələbələr ümummilli bayrama çevrilir. Arazın o tay-bu tayında azərbaycanlılar sevinclərini bir-biri ilə bölüşürlər. Xatırladım ki, vaxtilə keçmiş SSRİ çempionatında Bakının “Neftçi” komandası 1966-cı ildə üçüncü yeri tutmuşdu. Bu hadisəni bu günədək Azərbaycan futbolunun ən böyük uğuru hesab edərək həmin dövrün futbolçularını rəğbətlə xatırlayırlar. Bu komandanın heyətinə azərbaycanlı demək əlbəttə, bir qədər ədalətli olmaz. Bir neçə Azərbaycan türkünün heyətində olduğu bu komandanın meydandan kənar vasitələrin də köməyi ilə də ilk və son bir bürünc medal əldə etməsi eyforiyası az sonra o zamanın əzəli rəqibimiz sayılan “Ararat”ın uğurları fonunda xeyli kölgədə qaldı. Bizlər bir bürünc sevinclə SSRİ ömrünü tapşıranadək kifayətlənməli olduq. “Ararat” isə Bakıdan gedən altı-yeddi erməni futbolçunun köməyi ilə, bir qapıçı xaric bütün oyunçuları erməni olmaqla güclü bir komandaya çevrildi və bir dəfə SSRİ çempionu, bir dəfə gümüş medal, iki dəfə də SSRİ kubokunu alaraq həm də bizim üzərimizdə mənəvi üstünlük qazandı.
Əslində o zaman da “Neftçi” və “Ararat”ın timsalında erməni-azərbaycanlı savaşı gedirdi və xeyli millətin sintezindən formalaşan Bakı komandamız çox zaman yekcins erməni komandasına, eyni zamanda yekcins gürcü komandasına məğlub olurdu. Əlbəttə, o gün tapdığımız bəhanə bizlərə az-çox təsəlli verə bilirdi ki, hansısa Simonyanlar ermənilərə dəstək verir. Ancaq əsl gerçək bu idi ki, hər dəfə SSRİ yığmasının tərkibində bir neçə istedadlı futbolçu oynadığı halda, bizim millətdən kimsə daimi heyətdə Ələkbər Məmmədov erasından sonra gözə dəymirdi. Sıxışdırırdılar, paxıllıq edirdilər, çağırmırdılar, ruslara, gürcülərə, ermənilərə üstünlük verirdilər- bunları anladıq, ancaq hər halda futbol meydançada insanların gözü qarşısında oynanırdı və hansısa xüsusi istedadı belə rahatca görməzdən gəlmək adama inandırıcı görünmürdü. İndi isə müstəqillik qazanmışıq və öz adımızla dünya futbol arenasında təmsil olunuruq. Pulumuz da ermənilərdən çox. Yenə də xaricdə aparıcı klublarda oynayan futbolçumuz demək olar ki, yox, ermənilərinsə bir neçə qabiliyyətli oyunçusu Çempionlar Liqasında oynayırlar. Təsəllimiz arasıra özünü göstərən Türkiyə klublarıdır ki, onlara azarkeşlik etməklə başımızı qatırıq.
İndi “Traktorsazi” də əslində Azərbaycan insanının siyasi duyğularını bir kubok almaqla hərəkətə gətirib. Ancaq futbolda atəşlənən insan növbəti sezonun hansısa zəif nəticəsində daha fərqli davranış göstərməyə başlayır. Nümunə üçün İspaniya çempionatına baxa bilərsiniz. “Barselona” katalonların ən böyük dəyəri sayılır. Katalonlar bu klubla nəfəs alırlar desək, yanılmarıq. Katalonlar siyasi ideallarını da bu klub vasitəsilə dünyaya tanıdır, mübarizələrinin simvolu olaraq bu klubun uğurlarını təbliğ edirlər. Şotlandların da “Qlazqo Reyncers”i, “Seltik”i onlar üçün eyni dəyəri ifadə edər. “Traxtorsazi” Azərbaycan türkləri üçün sadəcə azarkeşlik edilən klubdan daha fərqli bir dəyərə çevrilə bilərmi? Hər halda İran çərçivəsində bir təsadüfi qələbəyə görə nəticə çıxarmaq, bayram rəhavətinə özünü qapdırmaq doğru olmazdı. Ancaq Azərbaycan insanı mütləq kütləvi idman sahəsində, xüsusilə də ən çox tamaşaçı yığan futbolda bir sıçrayış ümidi ilə yaşayır. Maarifçiliyin, modern yaşamın nemətlərindən xeyli uzaq qalmış, xəstə dini təmayülün basqısı altında olan Azərbaycan türkləri üçün futbol da əlavə xəstəlik vasitəsi çevrilsə də, həm də həmrəylik yaradacaq ciddi bir faktordur. Dünyanın reallığında bütöv bir cəmiyyəti hərəkətə gətirəcək, onun siyasi impulslarını da artıracaq ciddi bir uğuru düşünürüksə, o zaman bu yöndə daha geniş imkanlara sahib və Avropa futbol məkanının içində olan Quzey Azərbaycanın futbolunun qalxınmasına daha peşəkar və vətənpərvər anlayışla baxmalıyıq. Yoxsa ötən əsrin 66-cı ilində paslanmış bir bürüncün nağlını danışmaqla, uzun illər boyu ilk dəfə İranda bir kubok qazanmağa yeni materik kəşfi kimi baxmaqla yenə də “Ayrılıq” mahnısının yuxu gətirən melodiyası içində itib-batacağıq. 21-ci əsr neftçisi ilə traxtorçusunun zəhmətsevərliyi hələ yaxşı futbol oynamanın təminatı sayılmaz..
Fazil Mustafa, Millət vəkili
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























