Ölkə futbolu
“Neftçi” Cavadovu təbrik etdi
“Neftçi”nin veteran futbolçusu İsgəndər Cavadov dünən “Palms Sports” Futbol Mərkəzində qonaq olub.
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və digər klub nümayəndələri ilə görüşən Cavadova 70 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.
“Neftçi”nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Daha sonra futbol mərkəzi ilə yaxından tanış olan yubilyar “Neftçi TV”yə geniş müsahibə verib.
İsgəndər Cavadov “Neftçi” tarixinin ən yaxşı hücumçularından biridir. 1956-cı il sentyabrın 20-də Bakıda dünyaya gələn Cavadov futbolun incəliklərini Eduard Cəbrayılovun rəhbərlik etdiyi qrupda öyrənməyə başlayıb. Sonra isə bu idman növü ilə 6 nömrəli idman-internat məktəbində məşğul olub. Tezliklə onu “Neftçi”nin əvəzedici heyətinə götürüblər. Bundan sonra o, SSRİ birinciliyinin 2-ci liqasında mübarizə aparan “Xəzər” (Sumqayıt), daha sonra isə “Avtomobilçi” (Bakı) klubunda çıxış edib.
Cavadov 1976-cı ildə yenidən “Neftçi”nin əvəzedici heyətinə dəvət alıb və qısa müddətdə komandanın kapitanına çevrilib. Onun əsas heyətdəki debütü 1977-ci ilə təsadüf edib. Baş məşqçi Gennadi Bondarenko Cavadovu “Şaxtyor”la səfər matçının sonlarında meydana buraxıb. Bu həm də Cavadov qardaşlarının – Füzuli ilə İsgəndərin ilk dəfə eyni anda meydanda olmaları idi.
İsgəndər Cavadov 1978-ci ildən başlayaraq “Neftçi”də keçirdiyi 4 uğurlu mövsüm keçirdikdən sonra SSRİ-nin digər güclü komandalarından təkliflər gəlməyə başlayıb və Cavadov Moskva “Dinamo”suna keçib. O, “Dinamo”nun heyətində UEFA Kubokunda Polşanın “Şlensk” klubuna qol da vurub.
İsgəndər “Neftçi”yə döndükdən sonra yenidən əsl liderə çevrilib. Kapitan kimi komanda yoldaşlarını arxasınca aparmağı bacaran Cavadov SSRİ çempionatında ardıcıl 77 oyunu əvəzedilmədən keçirərək “Neftçi”nin rekordçusu olub.
1988-ci ildə “Neftçi”nin Güclülər dəstəsini tərk etməsi ilə yanaşı, İsgəndər Cavadov da futbolla vidalaşıb. Güclülər dəstəsində vurduğu 53 qol sayəsində SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşüb. Ümumilikdə, “Neftçi”nin heyətində keçirdiyi 12 mövsüm ərzində 303 oyunda meydana çıxan hücumçu bir-birindən vacib 61 qola imza atıb.
Futbolçu karyerasını bitirdikdən sonrada Azərbacanda futbolun inkişafına töhfə verən, AFFA İcraiyyə Komitəsinin üzvü olan, hazırda Regional Futbol Federasiyasının prezidenti kimi çalışan İsgəndər Cavadov 2006-cı ildə “Şöhrət ordeni”, bir neçə gün əvvəl isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
-
09:47
Seneqallı voleybolçu Azərbaycan klubunda
-
09:23
Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd edilib FOTOLENT
-
09:00
Mahir Emreli: “Rəqib dişimizə görə idi”
-
23:29
Millimizin qələbəsi VİDEO
-
22:51
Ayxan Abbasovdan qələbə şərhi
-
22:30
İqor Angelovski: “Azərbaycan D divizionunda olmağa layiq deyil”
-
21:48
Millimiz Tacikistana qalib gəldi
-
20:56
"Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə start verib
-
20:24
Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib
-
19:17
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
24.09.2026
23.09.2026
22.09.2026























