Ölkə futbolu
Nazim Süleymanov: "Futbolçu klubun və onun rəhbərliyinin simasıdır"
“Neftçi”nin sabiq baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Nə ilə məşğulsunuz, təkliflər varmı?
- Hələlik təkliflər yoxdur. İstirahət edirəm. Yerli futbolu izləyirəm. Son turda AZAL - “Sumqayıt” oyununda (2:2) idim.
- Maraqlı nə yadda qaldı?
- Gördüklərimdən heç nə.
- Məsələn, “Qəbələ”nin ardıcıl üçüncü dəfə “Qarabağ”a məğlub olacağını gözləyirdiniz?
- Əgər bir komanda gücünə əmindirsə və qələbə qazanmağı daha çox istəyirsə, bu halda, daha çox qələbə qazanmaq olar. Ağdamlılar hazırda güclüdürlər və onlar bunu hər oyunda sübut edirlər.
- “Böyük oyun”un hadislərini izləyirdiniz?
- Demək, digər oyunları indi balaca oyunlar adlandırmaq olar? Başqalarının fikirlərinə hörmətlə yanaşıram, ancaq “Böyük oyun”da böyük xallar verirlər?
- Yaxşı, “Xəzər Lənkəran” - “Neftçi” oyununu (2:2) izləyirdiniz?
- Oyun televiziya ilə göstərilmədiyindən, yalnız İnternet-saytlar vasitəsi ilə yayımlandığından, qollar və epizodları gördük.
- Hansı təəssüratı oyatdı?
- Futbol 90 dəqiqə oynanılır və hamı bunu anlamalıdır. Sona qədər oynamaq lazımdır. Düşünmürəm ki, bu “dəmir qayda” haqda bakılılar unutmuşdular. Yəqin, sonda onlarda nə isə alınmadı. Axı 85 dəqiqə onlar hesabda irəli idilər. Ancaq Mustafa Dənizlinin yetirmələrinə layiq olduqlarını vermək lazımdır.
- Mahir Şükürovun jest haqda nə deyə bilərsiniz? Bunu görmüşdünüz?
- Belə şeyi necə görməyəsən? Son günlər yalnız bundan yazır və danışırlar. Heç bir futbolçuya belə şey yaraşmır. Futbolçu klubun və onun rəhbərliyinin simasıdır. Belə şeylər yolverilməzdir.
- Qarşıda “Bakı” - “Neftçi” oyunu var. Qonaqların müdafiəsində dörd itki var: Mahir Şükürov, Bruno Bertuççi, Tərlan Quliyev və Karlos Kardoso. Siz bu komandanı yaxşı tanıyırsınız. Onlar bu görüşdə rəqibə layiqli müqavimət göstərə biləcək?
- İtkiləri əvəz etmək üçün onların kifayət qədər oyunçusu var. “Neftçi” dörd müdafiəçidən ibarət deyil. Məsələ ancaq ondadır ki, onlar rəqibə qarşı necə oynayacaqlar. Hər halda, “Bakı”ya qarşı oynamaq komandaya çətin olacaq. Axı rəqib bir qayda olaraq, artırıb.
- İlin əvvəlindən liderlər qrupunun hər üç komandası xallar itirdi. Onların yaxın izləyiciləri “İnter” və “Bakı” isə əksinə, son iki turda mütləq xallar topladılar. Bu, nə haqdasa deyir?
- Mən əvvəlcədən deyirdim ki, liderlər qrupuna arxayınlaşmaq olmaz. Yaxın turlarda liderlər qrupunda yeni komandaların peyda olacağı istisna deyil. Qarşıda bizi maraqlı mübarizə gözləyir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























